GəncəBank rəhbərliyi haqda müdhiş iddialar

04.12.2018 - 14:34

Adı dəfələrlə korrupsiya hallarında hallanan hazırda ləğvetmə prosesində olan sabiq “Gəncəbank” ASC-nin vəzifəli şəxsləri barədə başlanılan cinayət işi yeni mərhələyə qədəm qoyub. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.

Daha sonra məlumat müəllifi yazır: “Belə ki, bankın ipoteka kreditlərində aşkar olunan pozuntuların araşdırılması nəticəsində bankın vəzifəli şəxsi Ramin Şərifov barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmişdir. Hazırda istintaq təcridxanasında olan Ramin Şərifov özünün günahsız olduğunu, bütün pozuntuların onun deyil, bankın digər vəzifəli şəxsləri tərəfindən gələn göstərişlə həyata keçirildiyini ilkin ifadəsində deyib.

Verilən məlumata görə bankda baş verən rüşvət və mənimsəmə hallarının böyük bir hissəsi verilmiş ipoteka kreditlərinin payına düşür. Bankın bir qrup ipoteka müştərilərinin iddiasına görə Ramin Şərifov müştərilərə ipoteka vermək əvəzində bankın rəhbərinə yəni Pərvanə Novruzovaya çatacaq əlavə məbləği (şapka) müştərilərdən qabaqcadan alaraq onlara kredit veriləcəyini vəd edib. İpoteka məbləğinin 10 faizi həcmində verilən rüşvətin Raminə deyil, Pərvanə Novruzovaya çatacağını deyən müştərilərdən bəziləri həmin məbləği verməkdən imtina ediblər.

Bundan sonra isə özünün günahsız olduğunu sübut etmək fikrində olan Ramin Şərifov “Gəncəbank” rəhbərliyinə həbsxanadan ismarıc göndərib. İsmarıcın məğzi “məni azad etdirməsəniz bütün olanları dövlət orqanlarına deyəcəyəm” sözləri təşkil edir.

Hazırda bankın bir çox vəzifələrinin müxtəlif cinayət işlərində adları hallanır, bankın vəzifəliləri məhkəmə proseslərində iştirak edirlər.

Bütün bunlar bankın keçmiş səlahiyyətli şəxslərindən həbs olunacaq adamların olacağını labüd edir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125232

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930