Badamdar “bandası” təşvişdə – Detallar

05.12.2018 - 10:30

Paytaxtın Badamdar bələdiyyəsi rəhbərliyi təşviş içindədir. Bayıl yamacında sürüşməyə səbəb olan villaların tikintisinə icazə verilməsi və torpaq satışı sədr Həbib Əsədovu qorxuya salıb.

Cahan.info xəbər verir ki, Səbail rayonunun sabiq başçısı və indi Bakının meri olan Eldar Əzizov bələdiyyə sədrini cəzalandıra və işdən azad edə bilər.

Badamdar bələdiyyəsində yaşanan və ciddi söz-söhbətlərə səbəb olan mövzulardan biri də, adı çəkilən qurumda baş verən problemlərin yaranmasıdır.

Badamdar bələdiyyəsində vergi şöbəsinə rəhbərlik edən Ramiq Mustafanın da vəziyyəti ürəkaçan deyil. Media “Birləşmiş Badamdar Əmirlikləri” adlandırdığı bələdiyyədə torpaq alverçisi olan şəbəkənin işlədiyini diqqətə çatdırıb.

R.Mustafanın hektarlarla torpaq sahələrini zəbt etdiyi bildirilir. Onun vaxtilə QHT-lərlə də sıx əlaqədə olduğu, İrana tez-tez səfərlər etdiyi, hətta Soros və digər Qərb fondlarından qrantlar aldığı yazılıb.

Bu barədə ilk gundemxeber.az yazıb və əlavə edib ki, R.Mustafa bələdiyyədəki vəzifəsinə sahib olmazdan öncə Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mühüm postda olub.

Vergi rəisinin bu yöndə topladığı təcrübə, onun köməyinə lazımınca çatmaqdadır. Belə ki, sədr Həbib Əsədova arxa-dayaq olmaqla bərabər, bütün işləri idarə edir.

Məlumatda deyilir ki, Sahib İbrahim Xəlilov küçəsində 5 mərtəbəli villası var, 3-cü massivdə hektarlarla torpaq sahəsi əldə edib.

Lazım gəldikdə həmin əraziləri hissə-hissə baha qiymətə satır. 1 sotu 30 min manatdan satılıb və təqribən 900 000 manat məbləğində vəsait şəxsi ciblərə daxil olub.

Bu bələdiyyəyə ildə orta hesabla 30-35 min manat məbləğində dotasiya verilsə də, verilən dotasiyanın təyinatı üzrə xərclənmədiyi də iddia olunur. R.Mustafanın qardaşına məxsus bir neçə villalar da var.

Cahan.info xəbər verir ki, Badamdar bələdiyyə sədri sabiq başçıs Asif Əsgərovla işbirliyində olub. Onlar sürüşmə zonasında torpaqların satışı, tikintiyə sərəncamlar veriblər.

Səbail rayonunda torpaq satışı ən çox məhz Asif Əsgərov icra başçısı işlədiyi zaman baş verib və bu işlərdə rayonun Səbail Bələdiyyəsinin sədri Firdovsi Cəbrayılov və Badamdar Bələdiyyəsinin sədri Həbib Əsədov əsas iştirakçılar olublar.

Bizimdovr.az-a daxil olan məlumatlara görə Badamdar Bələdiyyəsinin sədri Həbib Əsədov üç yerdə ev alqı-satqı məntəqəsi yaradaraq torpaq satışı ilə məşğul olurmuş.

Çox qəribədir ki, bu işləri Səbail rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Yavər Allahverdiyevlə görən Həbib Əsədov hər yerdə deyir ki, onun satdığı torpaqlarla bağlı heç bir məsuliyyət daşımır.

Hətta Bakı şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun, Səbail rayonunda işlədiyi zamandan müavin olan Abit Əliyevin torpaq satqısındakı roluna və onunla birgə görülən işlərə aidiyyatı olmadığını bildirir: 

”Mən nə bilim Abit Əliyev nə satır, nə alır. Bunlar mənlik deyil. Həqiqətən də bu ərazidə minlərlə sənədsiz evlər var və bunu Abit Əliyevdən soruşun”.

Çox maraqlıdır ki, Abit Əliyev qısa zamandır ki, Səbail rayonunda işləyir və Badamdarda torpaq “biznesi” məhz Həbib Əsədovun bələdiyyə sədri təyin olunmasından sonra aktivləşib.

Amma Həbib Əsədovun deməyindən belə məlum olur ki, bütün qeyri-qanuni işlər öncələr Səbail rayonunda bir zamanlar müavin olan Yavər Allahverdiyevlə, hazırki müavin Abit Əliyev vasitəsilə həll edilib.

Prezidentin sərancamı ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna Eldar Əzizov gətirildi.

Bundan bir müddət sonra da şəhərin ən strateji rayonu olan Səbail rayonuna da müasir təhsilli, heç bir korrupsiya olaylarında adı çəkilməyən Vüqar Zeynalov təyinat aldı.

Həm də bu təyinat o zaman oldu ki, rayonun Badamdar-Bayıl bölgəsi sürüşmə təhlükəsi ilə üz-üzə qalmışdı və çıxılmaz durum bu gün də davam edir.

Bu gün kimsə Badamdarda qeyri-rəsmi olaraq sotu 30-40 min manat olan boş torpaq sahəsindən bircə sot zəbt edib, ev tikə bilərmi? Yəqin ki, bunu deyənə gülərsiniz.

Amma Badamdar bələdiyyəsinin sədri bildirir ki, onun bu torpaqların zəbtindən xəbəri yoxdur və dediklərindən belə çıxır ki, yəqin bu torpaqlar yiyəsiz olduğuna görə kimlərsə tərəfindən ələ keçirilib, ya da icra hakimiyyətinə getmək lazımdır.

Bundan başqa qeyd edək ki, hazırda ən çox islahatların həyata keçirilməli olan orqanlardan biri də bələdiyyələrdir.

Çünki bələdiyyələr qanunsuz fəaliyyətdən, torpaq satmaqdan başqa ortaya heç nə çıxara bilmirlər və bir çox bələdiyyələrdə şura üzvləri demək olar ki, oyundan kənarda saxlanılır və sədrlə onun əlaltısı bütün məsələlərin başında dayanırlar.

Necə ki, Badamdar Bələdiyyəsində də Həbib Əsədovla bələdiyyənin vergi yığımı şöbəsinin rəisi Ramiq Mustafa birliyi mövcuddur.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=125255

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31