Gədəbəyin təhsil şefi məhşər ayağına çəkilir

15.01.2019 - 09:28

Gədəbəyin sabiq başçısı Ramiz Yediyarova görə təhsil şöbəsi müdiri Baxış Nağıyev təşvişdədir

Cahan.info-nun məlumatında bildirilir ki, B.Nağıyev Maliyyə Nazirliyi və Hesablama Palatasının təftiş komissiyasına ziyafət verməkdə ittiham olunub.

Bu haqda reportyor.info-yaOktay Əliyev söyləyib. Onun dediyinə görə, komissiya üzvləri təhsil şefinin villasında kef çekiblər. R.Yediyarovun cəfasını çəkərək onu qorumağa cəhd göstərmiş B.Nağıyev indi məhşər ayağına çəkilə bilər.

Şikayətçi O.Əliyev qeyd edib ki, Yediyarovdan sonra rayona Maliyyə Nazirliyi, Hesablama Palatası təftiş komissiyası gəlib:

“Komissiyanın üzvləri təftiş dövrünü rayonun ən çox korrupsiyalaşmış şəxsi olan B.Nağıyevin villasında gecələyiblər, yeyib içib kef çəkiblər. Ona görə də 8 aydır bunların yoxlamasından xəbər yoxdur.

Hətta sonuncu gələn Hesablama Palatasının komissiyası Sosial Müdafə Mərkəzində yoxlama aparmasına baxmayaraq Yediyarovun dövründə verilmiş saxta veteran müavinətlərini belə üzə çıxartmadı.

Yaxşı bəs bunlar nə üçün gəlmişdilər? Belə çıxır ki, Yediyarov günahsız imiş? Axı Yediyarovun bu gün də vəzifə başında olan adamlarının cinayətlərindən, haram yolla topladıqları çoxsaylı əmlaklardan xəbəri olmayan yoxdur”.

R.Yediyarov “vurulmuş” kadrdır, ona yeni vəzifə verilməyəcək, istintaqda dindirilib, ayağında böyük yeyinti var. Amma belə şəxsə Gədəbəyin təhsil müdiri qahmar çıxıb.

B.Nağıyev fərqində deyil ki, necə birinə qahmar çıxır, onun uğrunda komissiya ilə bazarlığa gedir. Məsələ yuxarıların nəzərinə çatarsa, onun təhsildəki postu itirilə bilər.

Üstəlik, sual olunur, təhsil şöbəsi müdiri villaya hardan sahiblənib? Onun aldığı dövlət maaşı malikanə inşa etdirməyə çata bilməz.

Görəsən, O.Əliyevin dediyi kimi – B.Nağıyev komissiya üzvlərinə qonaqlıq verməklə nə məqsəd güdüb? Təkcə zifayətlə iş bitib yoxsa…

Cahan.info mediaya istinadla xəbər verir ki, Gədəbəydə 1 peşə təhsili, 55 tam orta, 18 ümumi orta və 10 ibtidai, 3 məktəbdənkənar tədris və 8 məktəbəqədər tədris müəssisəsifəaliyyət göstərir.

Baxış Nağıyevin rəhbərlik etdiyi Gədəbəy Rayon Təhsil Şöbəsində bir sıra ciddi əyintilərə yol verilir. Şöbə müdiri isə bu kimi halların daha geniş vüsət almasına şərait yaradır.

Belə ki, Baxış Nağıyev Gədəbəy rayonunda fəaliyyət göstərən əksər təhsil müəssisələrinin rəhbərlərinə öz “qayda”larını diqtə edir.

Maraqlı məqam ondadır ki, rayon təhsil şöbəsinin müdiri də Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nəzarətindədir. Yəni Baxış Nağıyev də bir sıra məsələlərlə bağlı qərarı məhz maliyyə idarəsinin rəisi ilə məsləhətləşdikdən sonra qəbul edir.

Bu səbəbdən də o, rayon təhsilini ürəyi istədiyi kimi idarə edir. Hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır.

Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil.

Artıq Təhsil Nazirliyi Gədəbəy Rayon Təhsil Şöbəsinin, eləcə də şöbə müdiri Baxış Nağıyevin fəaliyyətinə ciddi nəzər yetirmək qərarına gəlməlidir.

Artıq Gədəbəy Rayon Təhsil Şöbəsində ciddi araşdırmaların aparılması, eləcə də Baxış Nağıyevin fəaliyyətinin yoxlanılması istiqamətində bir sıra tədbirlərə başlanıldığı iddiaları səslənir.

İndiyədək bu və digər məsələlərlə əlaqədar mətbuat vasitəsilə Gədəbəy Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər müvafiq strukturlara lazımi məlumatlar verilsə də, hələ ki, heç kim Baxış Nağıyevin barəsində lazımi tədbir görməyib.

Görünür, bu, rayon təhsil şöbəsinin müdirinin arxalandığı şəxsin – Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nüfuzlu şəxslərdən biri tərəfindən himayə olunması ilə bağlıdır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=126369

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930