Rüfət Aslanlının bankında geriləmə: “Bank Avrasiya”nın mənfəəti azalıb, xərcləri isə artıb

29.01.2019 - 09:31

Azərbaycanda biznes mühitinin “gözəlliklərindən” biri və hətta birincisi odur ki, əksər iri şirkət və bankların arxasında hansısa iri çaplı məmur durur. Və həmin məmurun “ayağı sürüşən” kimi, ona aid şirkət, bank, bir sözlə, biznes çökməyə başlayır. Məsələn, keçmiş nəqliyyat naziri Ziya Məmmədova və oğluna məxsus biznesin hansı vəziyyətə salındığı bunun bariz nümunəsidir…

Fuad Aslanlının , yoxsa Rüfət Aslanlının bankı?

Oxşar aqibəti ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyindən uzaqlaşdırılan Rüfət Aslanlı və onun ətrafı da yaşaya bilər. Həmişə olduğu kimi, iri məmurlar “vurulan”dan dərhal sonra cəmiyyətdə və xüsusilə də mətbuatda onlara aid mal-mülk və biznes obyektləri barədə məlumatlar bir-bir üzə çıxmağa başlayır. R.Aslanlı da işsiz qalan kimi, onun biznesi barədə məlumatlar, həmçinin var-dövlətinin mənbəyi və miqyası barədə müzakirələr gündəmə gəldi.

1540301141_untitled-1

Vaxtilə R.Aslanlı ilə bir yerdə işləmiş hüquqşünas Əkrəm Həsənov, onun biznesilə bağlı mətbuata verdiyi açıqlamada “Bank Avrasiya” ASC-nin adını çəkmişdi: “Münasibətimiz rəsmi idi, amma o vaxtlar hamı deyirdi ki, kifayət qədər imkanlı insandır. Həmişə bahalı avtomobillərdə gəzir, bahalı kostyumlar geyinirdi. Mərkəzi Bankda ən çox işləyən də o idi. Amma bununla belə, rəsmi gəlirlərlə mətbuatda yazıldığı kimi villa, hotel, qəsr almaq, əlbəttə ki, mümkün deyil. Onun biznesi də olmamış deyil. Onun qardaşı Fuad Aslanlı “Bank Avrasiya” ASC-nin rəhbəridir. Hətta deyirdilər ki, həmin bank da onundur…”

Əlbəttə ki, Azərbaycan reallıqları nəzərə alınsa, uzun müddət Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyində tutduğu mövqe R.Aslanlının özünün də bankının olması barədə deyilənlərin həqiqət yükünü xeyli artırır.

Fuad Aslanlı

Fuad Aslanlı

Onu da qeyd edək ki, rəsmi olaraq, “Bank Avrasiya”nın İdarə Heyətinin sədri olan Fuad Aslanlı Rüfət Aslanlının kiçik qardaşıdır və 2007-ci ildən bu vəzifəni daşıyır. Elə həmin ilin əvvəlində də Rüfət Aslanlı Milli Bankın İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunmuşdu.

Əlbəttə ki, bu təyinatların arasında birbaşa bağlılığı sübut edəcək rəsmi bilgi və bəlgələr olmasa da, ölkənin bank sektorunda Elman Rüstəmovdan sonra ikinci şəxs sayılan adamın qardaşının “təsadüfən” bank rəhbəri olması, yumşaq desək, müəmmalı görünür. Və böyük ehtimalla hüquqşünas Əkrəm Həsənovun da özünə aid bildikləri var ki, “Bank Avrasiya”nın real sahibinin Rüfət Aslanlı olduğuna dair fikir səsləndirib.

Mənfəət azalıb, xərclər artıb…

“Bank Avrasiya”nın 2018-ci ilin yekunlarını əks etdirən hesabatına diqqət yetirəndə görünür ki, ötən ilin əvvəlki dövrlə müqayisədə ölkə miqyasında daha stabil və əlverişli maliyyə ili olmasına rəğmən, bank nəinki gəlirlərini artırıb, heç stabilliyini də tam mənada qoruya bilməyib. Belə ki, “Bank Avrasiya”nın 2018-ci ildə mənfəəti 2017-ci illə müqayisədə 1 milyon 168 min manat azalıb. Mənfəət 6 milyon 350 min manatdan 5 milyon 182 min manata enib.

bank_avrasiya_0

Bəlkə də bu göstəricini artıq bank üçün ciddi siqnal kimi qəbul etmək olar. Bununla yanaşı, bankın ümumi gəlirləri 2017-ci ildə 15 milyon 937 min manat olduğu halda, ötən il 13 milyon 509 min manat təşkil edib. O cümlədən bankın qeyri-faiz gəlirləri kəskin şəkildə azalaraq, 3 milyon 314 min manatdan 1 milyon 425 min manata enib.

Qeyri-faiz gəlirləri əsasən valyuta mübadiləsindən, kartlardan, komissiya haqlarından və s. yığılan vəsaitlər hesabına formalaşır. Bu o deməkdir ki, ya ötən il bankın xidmətlərindən istifadə edən qurumların sayında, ya da valyuta mübadiləsindən daxil olan gəlirlərdə ciddi azalma olub. İstənilən halda, qeyri-faiz gəlirlərinin 2 dəfədən çox azalması bir bank üçün mənfi tendensiyadır.

Həmçinin, bankın qeyri-faiz xərcləri də artaraq, 4 milyon 634 min manatdan 5 milyon 5 min manata qalxıb. Doğrudur, bütün bunlarla yanaşı bankın cəmi aktivlərində 10.8 faizlik, müştərilərə verilən kreditlərdə isə 16 faizlik artım müşahidə olunub. Ancaq bir bankın və ümumiyyətlə biznes subyektinin fəaliyyətinin effektivliyini müəyyən edən əsas göstərici mənfəətdir ki, burada da geriləmə özünü göstərib.

rr-47Bu geriləmədə R.Aslanlının vəzifədən uzaqlaşdırılması faktının hansısa dərəcədə rol oynadığı barədə nəsə demək çətindir. Ancaq ötən illə müqayisədə bu il bankın göstəricilərinin hansı istiqamətdə dəyişəcəyini söyləmək bundan da çətindir.

Əgər bankda doğrudan da Rüfət Aslanlının payı varsa, bu amil “Bank Avrasiya”nın gələcək durumunda mənfi rol oynaya bilər. Çünki vəzifədən kənarlaşdırılan R.Aslanlının ölkədən çıxışına qadağa qoyulduğu barədə məlumatlar yayılandan sonra Baş prokuror yanında Korupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəsmi olaraq, onun barəsində araşdırma aparıldığını bəyan edib.

Bu araşdırmaların və ümumilikdə sabiq sədrin ətrafında baş verənlərin nəticəsi olaraq, “Bank Avrasiya”nın da R.Aslanlının aqibətini yaşayıb-yaşamayacağını isə zaman göstərəcək…

Cəlal, AzPolitika.info

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126561

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930