Bakı Avrasiya Universitetində semestr 300 manatdır

31.01.2019 - 09:33

Bakı Avrasiya Universiteti qış bazarını açıq elan edib

Cahan.info-nun məlumatına görə, Nazim Hüseynovun rəhbərlik etdiyi ali məktəb imtahanları “asan”laşdırıb.

1992-ci ildən fəaliyyət göstərən universitetdə imtahan sessiyalarında rüşvətin ayaq açıb yeridiyi barədə dəfələrlə məlumatlar yayılıb.

Bu dəfə rubrika.az məlumat əldə edib ki, universitet rəhbərliyi manatın məzənnəsinə hörmət göstərir. Sayt yazıb ki, qəbul imtahanları zamanı BAU tələbələrə xüsusi güzəştlər, təhsil haqlarında endirimlər edir.

Amma təhsil alanların bildirdiyinə görə sonradan bu güzəşt onların “burnundan gətirilir”. Qiymətlər isə 200-300 manat arasında dəyişir. Hətta rektor köməkçilərinin və dekanların nisyə dəftəri olduğu iddia edilir.

Əslində, imtahanlar kompüterdə verilir. Guya şəffaflıq təmin olunur. Lakin kosmetik xarakter daşıyan elektron imtahandan göstərilən nəticələr əhəmiyyət daşımır.

Tələbələr elə vəziyyətə salınır ki, onlar dekanlarla, metodistlərlə təmasa keçərək semestr imtahanlarının qiymətlərini həll etməyə çalışırlar.

Cahan.info interpress.az-a istinadla yazır ki, universitetin bütün bir çox vəzifələrində rektorun qohumlarının çalışması təsdiqini tapıb.

Nazim Hüseynli oğlu Günhan Hüseynlini BAU-ya prorektor, qızı Nigar Hüseynovanı isə İcra aparatının rəhbəri təyin edib. Universitetdə bütün idarəçilik Günhan Hüseynlinin əlindədir.

Heç bir pedoqoji təhsili olmayan Günhan Hüseynlinin “uğurlu” fəaliyyəti nəticəsində bir zamanların ən yaxşı ali təhsil müəssisələrindən biri olan BAU-nu tanınmış alimlər və təcrübəli müəllimlər tərk edib.

BAU-nun dekanı olmuş və universitetdəki özbaşınalığa etiraz etdiyi üçün işdən çıxarılan Əjdər Yunus Rzanın vaxtilə sosial şəbəkədə yazdıqları universitetin bazar qanunları ilə idarə olunduğunu bir daha təsdiqləyir: 

“Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlinin analoqu olmayan cədvəl oyunları ilə başınıza gətirdiyi oyunların bu semestrdə də təkrarlandığını görəndən sonra bu gün iclasda rektora “bu biabırçılığın başında siz dayanırsız” dedim.

Bundan sonra heç bir qanuna hörmət qoymayan Nazim Hüseynli mənə “işdən azadsan” dedi. Mən həmişə haqqın tərəfində olmuşam.

Bununla fəxr edirəm. Sizə analoqu olmayan “lalapiti” cədvəllə yaz semestrini müvəffəqiyyətlə başa vurmağı arzulayıram”.

Lakin onun gedişindən sonra heç nə dəyişməyib. Yaz da gəlib, payız da, indi qışdır, tələbələr isə cədvələ uyğun rüşvət verməli olurlar. Qış, yay semestr imtahanlarından tutmuş, qaiblərə qədər pul istəyirlər.

Uşaqlardan biri xəstələnmişdi, poliklinikadan arayış gətirmişdi. Dekan açıq şəkildə dedi ki, mənə arayış lazım deyil, istəyirsən get lap Səhiyyə Nazirliyindən arayış gətir, pulunu verməsən, qaiblər silinməyəcək. Yada salaq ki, Nazim Hüseynli ilə bağlı AFN.azmaraqlı məlumat yaymışdı.

N.Hüseynlinin həbs edilən MTN zabiti Teymur Quliyevlə yaxın qohum, daha doğrusu, quda olduğu bildirilir. BAU xəbəri tə təsdiq, nə təkzib etmişdi.

Bu sözlərdən belə qənaətə gəlmək olar ki, Nazim Hüseynlinin rəhbərlik etdiyi ali məktəbdə tədris prosesi olduqca aşağı səviyyədədir.

Bu arada, xatırladaq ki, bir müddət əvvəl sabiq millət vəkili Nazim Məmmədov Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynlini yalançılıqda ittiham edib.

Bu barədə o, sosial şəbəkədə yazıb. N.Məmmədov bildirib ki, Gədəbəyin Düzrəsullu, Şınıx kəndinin qazlaşdırılması üçün vaxtı ilə ölkə prezidentinin, baş nazirin, “Azəriqaz” rəbərliyinin, və Maliyyə Nazirliyinin yanında məsələ qaldırıb.

Bütün bunlardan sonra sözügedən kəndin qazlaşdırılmasına nail olub. Amma Avrasiya Universitetin rektoru Nazim Hüseynli onun işinə kölgə salaraq kəndlərin qazlaşdırılması ilə bağlı məsələni öz adına çıxarıb.
BAU-ya bu iddialarla bağlı etdiyimiz zənglərə cavba verilmədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=126617

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930