Elçin Babayev: “BDU-da aparılan son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

16.07.2019 - 15:03

“Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) aparılan dəyişiklikləri hamı birmənalı qarşılamır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var”.

“Report” xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.

O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: “Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq”.

Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: “Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə salır. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Ümumilikdə, həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=129584

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930