AzTV-də koronavirus kabusu – Rəhbərliyə qarşı sərt ittihamlar

04.07.2020 - 00:50
Son iki gündə AzTV-nin iki əməkdaşı koronavurusa yoluxma səbəbindən dünyasını dəyişdi. İki gün öncə gənc rejissor Samir Nemətzadə, dünən gecə saatlarında isə TV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi, rejissor Etibar Babayev vəfat etdi.
İki həftədən çoxdur ki, ayrı-ayrı media qurumları, sosial şəbəkə fəalları AzTV-də kütləvi yoluxma hallarının olduğundan yazır. Bildirilir ki, teleşirkətdə dezinfeksiya tədbirləri lazımi səviyyədə aparılmır, rəhbərlik bu işlərə məsuliyyətsiz yanaşır, əməkdaşların böyük qismi hələ də işə çıxır. Üstəlik, AzTV-də yoluxma hallarının göstərilən kimi 5 nəfər deyil, daha çox olduğu iddia olunur. Bildirilir ki, yoluxanlar arasında vəziyyəti ağır olanlar da çoxdur. Yəni rəhbərlik real rəqəmləri gizlətməkdə ittiham edilir. Ancaq hər dəfə bu məlumatlar TV rəsmiləri tərəfindən təkzib olunur.
İki əməkdaşın ölümündən sonra isə AzTV təxminən eyni mətnli açıqlama yayıb. Açıqlamada bildirilir ki, dezinfeksiya işləri vaxtı vaxtında aparılır. İşçi sayı azaldılıb. 3000 əməkdaşdan yalnız 1000 nəfəri iş başında imiş. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı 02.07.2020-ci il tarixli qərarından sonra işçi sayı bir qədər də azaldılıb. Lakin bu “bir qədər”in neçə nəfər olduğu açılanmır.
Deyək ki, hazırda AzTV-də 800 nəfər işə çıxır. Pandemiyanın tüğyan elədiyi belə bir vaxtda, lap 500 nəfərin belə eyni məkanda işləməsi həyati təhlükə daşımırmı? İki əməkdaşının vəfat etməsinə baxmayaraq, TV niyə fövqəladə vəziyyət rejiminə keçmir? Əksər dünya ölkələrində alternativ vəziyyətlə qarşılaşan TV-lər fəaliyyətlərini minimuma endirdilər. Bütün yaradıcı heyət buraxıldı. Demək olar ki, işin 90 faizi onlayn formada aparıldı. Hətta aparıcılar belə evdən efirə çıxdılar.
Təəssüflər olsun ki, AzTV-də bu həyacan hiss olunmur. Və bütün bu suallar iki gənc əməkdaşın vəfat etməsinə baxmayaraq, hələ də açıq qalır. Eynən quruma yolladığımız sorğu kimi…
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=149244

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930