SSRİ-nin bərpası planı işə düşdü – Minskdə baş verənlərin pərdəarxası

30.07.2020 - 23:24

Minskdə baş verənlər çox qorxulu oyundur. Ehtimal edirəm ki, məqsəd Belarusu tam nəzarətə götürməkdir. Gördüyünüz kimi Belarusda əsas namizədlər Rusiya tərəfdarıdır, Rusiyanın müəyyən şirkətlərinin nümayəndələridir.

Belarusda fəaliyyət göstərən bu şirkətlər əsas müxalifəti təşkil edir. Təhlükəli məqam odur ki, bu gün Belarus xüsusi xidmət orqanlarının həbs etdiyi hərbçilər eyni zamanda Donbasda, Luqanskdə döyüşlərdə iştirak edib. Onların Minskə müəmmalı səfəri böyük ehtimalla Belarusda sabitliyi pozmağa yönəlib.

Oxu24.com xəbər verir ki, bu fikirləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Belarus kəşfiyyat orqanlarının paytaxt Minskdə onlarla Rusiya muzdlu döyüşçülərinin həbs edilməsi haqda danışarkən deyib.

Millət vəkili xatırladıb ki, artıq Belarus rəsmi mövqeyini açıqlayıb: “Prezident Aleksandr Lukaşenko da bəyan edib ki, bu şəxslərin məqsədi ölkədə sabitliyi pozmaq olub. Təhlükəli prosesdir.

Məncə, bunun arxasında həm də zor gücünə Sovet İttifaqını bərpa etmək planları durur. Məqsəd həm də Belarusu tam nəzarətə almaqdır. Bəllidir ki, digər sovet ölkələrinin əksəriyyətinin ərazi bütövlüyü, münaqişə kimi problemləri var. Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Osetiya və Abxaziya, Ukraynanın Krım, Donbas, Moldovanın Dnestryani bölgə kimi böyük çətinlikləri var. Məncə, bu cür yolla, hansısa təxribatların təşkili ilə mərkəz yenidən nəzarəti öz əlinə keçirməyi planlaşdırır”.

Bununla belə müsahibimiz hesab edir ki, rus muzdlu döyüşçülərin Minskdən istifadə etməklə Afrika və ya digər regionlara getməsi versiyası və Belarusun bundan yararlanaraq siyasi şou təşkil etməsi kimi fərziyyələr ağlabatan görünmür.

Siyasi şərhçi xatırladır ki, onsuzda rus muzdlu döyüşçüləri Suriyada, Misirdə, Liviyada və digər ölkələrdə var: “Həm də bu ölkələrə Moskvadan uçmaq daha asandır, nəinki Minskdən”.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=151367

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930