Oliqarxların varidatı milliləşəcək? – Mirmahmud Mirəlioğlu ilə “Canlı debat”

10.02.2021 - 11:25

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovun aracılığı ilə Ermənistanla Azərbaycan arasında hərbi əsir mübadiləsi olub. 5 erməni əsirinə qarşılıq 1 azərbaycanlı əsir dəyişdirilib. Bu nisbət nəyə əsasən götürülüb? Niyə 5 erməni qarşılıq 1 azərbaycanlı? Burda hansı normativlər nəzərə alınıb?

Oliqarxiyanın varidatı milliləşdirilə bilərmi? Son vaxtlar oliqarx məmurların işdən uzaqlaşdırılacağı deyilir. Buna əsas verən səbəb prezidentin Şuşa ilə bağlı məlum açıqlaması oldu. Səlim Müslümovun həbsindən sonra isə deyildi ki, sabiq məmurlar rahat buraxılmayacaq. Bunların isə nəzarətində 100 milyardlarla vəsait var. Bu qədər vəsaiti olan indiki və sabiq məmurlar ciddi güc sahibidir. Bəzi iddialara görə onları narazı salmaq ölkəyə və hakimiyyətə real təhlükə yarada bilər? Bəs nəzarətlərindəki vəsait milliləşdirilsə, dövlətinkiləşdirilsə, necə? Buna müqavimət göstərərlərmi, yoxsa rahatlıqla yığdıqlarının bir hissəsini dövlətə bağışlayarlarmı?

10 noyab üçtərəfli sazişin imzalanmasından 3 ayı tamam oldu. Nə dəyişdi? Nələr dəyişəcək? Orda yazılan bəndlərdən hansılar tam, hansılar qismən həyata keçib? Heç dəyilməyən bənd varmı?

Ərdoğanın “Qarabağ sahiblərinin nəzarətindədir” bəyanatını necə açaq? Sahibləri derkən Türkiyənidəmi bura aid edir? Qarabağa Türkiyənin bu və ya başqa formada nəzarət etməsi əslində xeyrimizədi.

Mehdiyevə qalmayan hakimiyyət, səlahiyyət. İqtidardakı köhnə qvardiyanın ən parlaq lideri, uzun illər daxili siyasətin sükanını idarə etmiş Ramiz Mehdiyə qarşı bu cür rəftar digər yüksək ranqlı məmurları həvəsdən sala bilərmi? Hakimiyyəti qorumaq, alazım gələndə daha çox fədakarlıq, risk etmək üçün fəaliyyət azala bilərmi hakim komandada? Deyilə biərmi ki, Ramiz Mehdiyevlə belə davranıldısa, ona güzəşt edilmədisə, gör bizə nə edərlər. R.Mehdiyev avqust-sentyabrda verdiyi bəyanatların birində müxalifətə reveranslar etmişdi. Mesaj vermişdi hakimiyyətin bəlli ünvanlarına. Köhnə qvardiya iqtidarı şantaj və sobataj eləmək üçün bu yolu tuta bilərmi?

Bu və gündəmdəki digər sualları bu gün saat 12.00-də Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161064

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930