Süni qiymət artımının qarşısını necə almaq olar? – Ekspert rəqəmsal platforma yaradılmasını təklif edir

13.02.2021 - 14:27

Tarif Şurasının ilin əvvəlindən enerjidaşıyıcılarının, suyun və əmlak sektoru üzrə qiymətləri və xidmət haqlarını artırması ölkədə bir sıra məhsulların və xidmətlərin bahalaşmasına gətirib çıxarıb. Xüsusən, nəqliyyatda və ərzaq məshullarının satışında qiymət artmı daha qabarıq hiss olunur. Hökumət vəd etmişdi ki, bahalaşmanın qarşısını almaq üçün bir sıra sahələrdə subsidiyaların verilməsini həyata keçirəcək. Amma hələlik bu vəd özünü doğrultmayıb.

Nəzarət qurumları isə bəyan ediblər ki, süni qymət artımlarına yol verməyəcəklər. Məlumdur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütəmadi monitorinqlər keçirdiyi barədə məlumat yayır. Amma bu nəzarət işi keyfiyyətli deyil və qarşıya qoyulan məqsədə çatmağa imkan vermir.

Maraqlıdır, hökumət süni qiymət artımları ilə bağlı məlumatları necə toplayır, istehlakçını necə qoruyur ? Vətəndaşlar, istehlakçılar üçün ictimai nəzarətlə bağlı hansısa imkanlar yaradılıbmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, ölkə üzrə vahid bir rəqəmsal platformanın yaradılması istehlakçıların hüquqlarını qorumağa çox kömək etmiş olardı.

Eksert qeyd edib ki, hökumətin son qiymət artımlarından sonra bir çox sahələrdə bahalaşma müşahidə olunmağa başlayıb. Xüsusilə də ərzaq bazarında və xidmət sektorunda bu açıq-aşkar hiss olunur: “Təəssüf ki, qiymət artımlarında maraqlı olan, onu hər vasitə ilə əsaslandırmağa çalışan hökumətin onun təsirlərini azaltmaq, dövlət və ictimai nəzarəti gücləndirmək üçün yetərli səyləri müşahidə olunmur. Düşünürəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və e.gov mərkəzi bu istiqamətdə daha effektiv həllər hazırlaya bilər”.

Onun sözlərinə görə, adı çəkilən qurumlar sosial əhəmiyyətli, daha çox tələbat olan malların siyahısı üzrə qiymət artımını monitorinq etmək üçün bir rəqəmsal həll- mobil tətbiq hazırlaya bilərdi: “Bu mobil tətbiqlə vətəndaşlar həm qiymət artımları haqqında aidiyyatı dövlət qurumlarını məlumatlandıra bilər və həm də öz istehlakçı hüquqlarının qorunmasını reallaşdıra bilərdi. Ümumiyyətlə, düşünürəm ki, son dövrlərdə antiininhisar sahəsində bir qədər aktivliyi müşahidə olunan Antiinhisar Dövlət Xidməti istehlakçıların hüquqlarının qorunmasına da diqqəti artırmalıdır.

Bu qurumun elə İqtisadiyyat Nazirliyi tərkibində olması ona daha geniş imkanlar yaradır.

Qurum nəinki qiymət artımlarının monitorinqi üzrə, ümumiyyətlə isrtehlakçılardan gələn təklif və rəyləri, şikayətləri qəbul etmək üçün ölkə üzrə vahid bir rəqəmsal platforma, onun mobil versiyasını hazırlamalıdır. Xidmət və ərzaq sektorunda fəaliyyət göstərən qurumların bu platformaya inteqrasiyası təşkil olunarsa sistem daha çevik və faydalı ola bilərdi.

Vətəndaşlara bu rəqəmsal platforma ilə dərhal aidiyyatı dövlət qurumları ilə əlaqə imkanları yaradılmalıdır”.

O. Gündüz bildirir ki, bəzən, vətəndaş aldığı malı geri qaytara bilmir, aldığı xidmətin keyfiyyətindən razı qalmır, bununla bağlı anındaca müraciət etmək imkanı olmadığından öz hüquqlarını reallaşdırmaqda çətinlik çəkir: “Əgər vətəndaş üçün aldığı malın çekini skan etmək və ya QP-kodu oxumaq imkanları yaradılsa, o, dərhal bu mobil tətbiqlə aidiyyatı ünvana müraciətini yönləndirə bilər. Fikrimcə, vacib əhəmiyyətli mallar və xidmətlərin qiymətlərni monitorinq etmək, istehlakçılarla birbaşa əlaqə qurmaq və onların müraciətlərini qəbul etmək üşün ölkə üzrə vahid bir rəqəmsal platformanın hazırlanması vacibdir və bu, çox faydalı olardı. Ümid edirəm Antiinhisar Dövlət Xidməti və e.gov mərkəzi bu məsələni qısa müddətdə həll edə biləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=161404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930