Təşəkkürlər, cənab general! Dost yanında üzümüzü ağ etdiz

04.08.2021 - 00:32

“Bir millət, iki dövlət” deyə tərif etdiyimiz Türkiyə və Azərbaycan münasibətləri düşmən fəallığı nəticəsində daha çox sınaqlardan ibarət olub. Son 100 ildə bunu bir neçə dəfə yaşamışıq. 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi ordunun Cumhuriyyət əsgərləri ilə birgə Bakını azad etməsi tariximizin qızıl səhifəsidir. Ardınca Sovet Azərbaycanının rəhbəri olan Nəriman Nərimanovun xalqımızın Mustafa Kamal paşanın Cumhuriyyət mübarizəsinə maddi dəstəyinə “qardaş qardaşa borc verməz” cavabı oldu. Ötən 100 ildə Azərbaycanda milliyətçi kəsimin gizli Türk şərqilərinə qulaq asmasının, 90-lardan bu yana ağır anlarımızda gözümüzün Ankarada qalıb xəyal qırıqlığına uğramasının da şahidi olmuşuq. 44 günlük zəfər savaşımızda əlində silah Türk mehmetciyi Qarabağda olmasa da, düşmənin başına od yağdıran Türkiyə “Bayrakdar”ı, düşmənə havadarlıq edənlərə sinə gərən Türkiyə prezidentini gördük.

Tanrının da qəribə məntiqi varmış. Bizim tarixi zəfərimizdən 1 il keçməmiş qardaş Türkiyə də düşmən təxribatına məruz qaldı.  Türkiyə dövlətinin şah sütunu olan turizm bölgəsini alova bürüdülər. Azərbaycan buna “canımız yanır” deyə reaksiya verdi. Bu gün Türkiyədə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyət və texnikası fövqəladə xidmət göstərir. Bu olayda yalnız qardaşın qardaşa dəstəyi yoxdur, həm də 30 yaşı tamam olacaq Azərbaycan Respublikasının bu tarixin yarısı qədər yaranma tarixi olan bir strukturunun uğuru var.

Fövqəladə Hallar Nazirliyi 2005-ci ilin sonlarında sıfırdan yaranıb və general rütbəsində Kəmaləddin Heydərov bura rəhbər təyin olunub. Bunu ona görə xüsusi qeyd etdik ki, tarixdə ilk dəfə qardaş Türkiyənin hər hansı bir probleminin yanında Azərbaycan generalı durur. Təbii ki, Türkiyəyə qardaş dəstəyinin arxasında Azərbaycan Respublikasının siyası iradəsi, FHN-in indiki imkanlarının arxasında dövlətin iqtisadi gücü durur. Amma bu faktorları gerçəkləşdirən məmur kimi general Heydərovun xidmətləri də danılmazdır. Azərbaycan hökuməti eyni dəstəyi səhiyyə sisteminə də göstərib, vətəndaşlarımız müalicə üçün Türkiyəyə gedir; təhsilə ayrılan vəsaitin həddi bilinmir, amma hər kəs övladını Türkiyədə oxutdurmaq istəyir; kənd təsərrüfatına və sənayeyə dövlətin milyard manatlarla yardımı olub ,nəticə olaraq, qida və paltar seçimində Türk malına üstünlük veririk. Müqayisəni artırmaq da olardı. Amma indi heç arzulamadığımız yanğında məlum olur ki, 15 illik tarixi olan “fövqəlçilərimiz” 100 illik Türkiyə həmkarlarından daha geniş maddi-texniki bazaya malikdirlər. Demək, məsələ dövlətin hansı sahəyə nə qədər pul ayırmasında yox, bu pulu kimin necə sərf etməsindədir. Bu baxımdan, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov üzümüzü dost yanında da ağ etdi, düşmən yanında da! TƏŞƏKKÜRLƏR, CƏNAB GENERAL!

Nəsimi Şərəfxanlı

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=165616

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930