Erməni akademiklər təsdiqlədi: Bu ərazilər Azərbaycanın olub – FOTOFAKT

14.03.2024 - 11:34
Ermənistan ərazisində yerləşən yaşayış məntəqələrinin adlarının Azərbaycan mənşəli olması sübut edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə tarix elmləri doktoru, professor Eyyub Kərimov açıqlama verib.

Professor SSR Elmlər Akademiyasında nəşr edilmiş Ermənistan Sovet Sosialist Respublikası Atlasının 72-ci səhifəsində dərc edilmiş şəkildə Ermənistan ərazisində yerləşən əksər yaşayış məntəqələrinin adlarının Azərbaycan türklərinin verdiyi adlar kimi qeyd olunmasını aşkarlayıb.

Qeyd edək ki, sözügüdən atlas 1961-ci ildə nəşr edilib. Xəritədə Ermənistan SSR ərazisində göstərilən yaşayış yerlərinin adları yuxarıda Sovet İttifaqı dövründə ermənilər tərəfindən dəyişdirilmis erməni variantı kimi verilsə də, aşağıda yaşayış yerlərinin adlari keçmış, yəni qədim Azərbaycan türklərinin verdiyi ad kimi də qeyd edilib. mişdir.

“Görundüyü kimi, bütün Ermənistan ərazisində yerləşən yaşayış məntəqələrının adlarının əksəriyyəti Azərbaycan türklərinə məxsus toponimlərdir. Bu atlasın redaksiya və elmi heyəti Ermənistan SSR-in tanınmış alimləri Arutyunyan, Bağdasaryan, Davtyan, Stepanyan, Maruxyan, Şaxbazyan, Yeremyan, Mkrtçyan, Martirosyan, Allahverdyan və digərləridir. Bu alimlər tərtib etdikləri xəritədə çoxlu saxtakarlıqlara da yol vermiş və o dövr Sovet İttifaqının verdiyi xüsusi imtiyazlardan istifadə edərək Azərbaycan SSR-in ərazisinin böyük bir hissəsini “qədim Ermənistan” ərazisi kimi göstərmişlər. Hansı ki, Sovet İttifaqı dönəmində Ermənistan ərazisinin hər hansı bir hissəsini xəritədə Azərbaycan ərazisi kimi nəşr etdirən Azərbaycan aliminin başına nələr gətirilə bilərdi bu hamıya məlumdur. Erməni alimləri nə qədər saxtakarlıq etsələr də anlamalıdirlar ki, gerçəklərin üstündən xətt çəkmək, faktları təkzib etmək mümkun deyil”, – tarixçi-professor bildirib.

Nazim HACIYEV 

Short URL: https://www.cumhuriyyet.net/?p=199289

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31