AVRO-2024 ilə bağlı maraqlı faktlar – 331 milyon avroluq mükafat necə bölüşdürüləcək?

15.06.2024 - 12:34

Dünən Almaniyada start götürən Avropa Futbol Çempionatı (AVRO-24) ilə bağlı maraqlı faktlar açıqlanıb.

 “AzPolitika” xəbər verir ki, bu çempionatda ilklər yaşanıb. Onların bəzilərini təqdim edirik:

Almaniya millisi sonuncu dəfə Avropa Çempionatında 70 il əməkdaşlıq etdiyi ADİDAS şirkətinin idman geyimində meydana çıxıb;

İndiyə qədər heç bir qitə çempionatında hələ Çin şirkətləri baş sponsorlar arasında bu qədər geniş təmsil olunmayıblar: “Hisense”, “AliExpress”, BYD, “Vivo”, “Alipay+”

Çempionatın qlobal sponsorları arasında TÜRK Hava Yolları da yer alıb;

Almaniyadakı Çempionatın avtomobil dəstəyini BYD şirkəti həyata keçirir.

AVRO-2024 turnirində iştirak edən 24 milli komandanın hamısı 331 milyon avroluq mükafat fondundan pay alacaq.

Mükafat fondunun bölüşdürülməsi aşağıdakı kimidir:

* 24 komandanın hər biri üçün 9,25 milyon avro.

* Qrup mərhələsində qələbəyə görə 1 milyon avro, heç-heçəyə görə isə 500 min avro.

*1/8 finala yüksələn hər komandaya 1,5 milyon avro.

*1/4 finala yüksələn hər komanda üçün 2,5 milyon avro.

*Yarımfinala çıxan hər komandaya 4 milyon avro.

*İkinci yeri tutan komandaya 5 milyon avro.

*Avro 2024-də qalib gələn komandaya 8 milyon avro.

Komanda final da daxil olmaqla turnirin bütün oyunlarında qalib gəlsə, 28,25 milyon avro pul mükafatı alacaq.

Short URL: https://www.cumhuriyyet.net/?p=201449

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930