Əbülfəz Elçibəyin Vaşinqton səfərinin gizlinləri

12.09.2018 - 10:25

Xalq Hərəkatı öndərinin ölümündən 3 ay əvvəlki ABŞ səfərinin ayrıntıları ilk dəfə…

Azərbaycan Xalq Hərəkatının öndəri, keçmiş prezident Əbülfəz Elçibəy məlum olduğu kimi ölümündən üç ay əvvəl ABŞ-ın paytaxtı Vaşinqtona səfər etmişdi. Azərbaycan mətbuatında tam şəkildə işıqlandırılmayan həmin səfəri Elçibəyi müşaiyət etmiş Toğrul Kəskingörənin dilindən ən xırda ayrıntıları ilə oxucularımıza təqdim edirik.

“Rəhmətlik Elçibəy, vəfatından üç ay əvvəl Vaşinqtona gəlmişdi. 2000-ci il May ayının sonu idi. Elçibəyin təyyarəsi indi adı dəyişdirilən Pentaqonun yanındakı Reygan Hava Limanına endiyində, mənlə bərabər daha 5 dostumuz var idi. Bəy Nyu Yorkdan gəlirdi. Bizim 93-cü il istehsalı olan tör-töküntü avtomobilimizlə 5 yoldaş Elçibəyi qarşılayıb, qalması üçün rezervasiya edilmiş Arlingtondakı otelə yerləşdirmişdik. Yanında Elçibəyin köməkçisi, qiymətli dost, vəfalı insan Əli Mürsəloğlu da vardı və bizdən daha ucuz bir otel tapa bilib-bilməyəcəyimizi soruşdu. Biz də Vaşinqtonda bir oteldə işləyən və bizimlə birlikdə Elçibəyi qarşılamağa gəlmiş Türkçü bir dostumuzla birlikdə “ONA Omu Şoreham” otelində bir otaq ayırdıq. Həm daha ucuz, həm də daha keyfiyyətli bir otel idi. Elçibəy Vaşinqtondakı bütün görüşlərinə demək olar ki, 7 illik köhnə maşınımla getdi. Bir çox ABŞ rəsmisi ilə ikili, üçlü, bəzən də qrup görüşlərində müxtəlif siyasi fikir mübadilələri aparılırdı.

Bir axşam yenə görüş üçün “Connecticut” prospektinin üzərindəki İrena Lasota adlı Polşa yəhudisi bir qadının mənzilinə getməliydik. Xatırlatmaqda fayda var, İrena Lasota KGB tərəfindən Varşavada FBI-a casusluq etdiyi üçün iki ay sorğulanmışdı. Görüş axşam saat 8-də idi. Mənzilin önünə getdiyimizdə bizi içəri dəvət etmədilər və içəri yalnız Elçibəy girdi. Biz də digər dostlarla birlikdə təxminən iki və ya üç saat qapının qarşısında gözləyərkən, içəri girənləri görə bilirdik. Hər halda ən əhəmiyyətlisi, daha sonralar NDI-a rəhbərlik edən, Klintonun Kipr üzrə xüsusi nümayəndəsi Nelson Ledski idi.

“MƏNİ HEÇ KİM QUL EDƏ BİLMƏZ”

Ledski haqqında internetdə araşdırma aparmanızdan əvvəl, sizə çox əhəmiyyətli bir detalı xatırladım: Nelson Ledski Ukrayna, Gürcüstan və Qırğısıztanda meydana gələn “Rəngli Soros inqilabları”nın baş memarlarından biridir.

Ledski ilə birlikdə daha bir neçə yüksək vəzifəli şəxs yığıncağın reallaşdırıldığı mənzilə girdi. Təxminən iki və ya üç saat sonra Elçibəy mənzildən çıxdığında məclisin əvvəlində olduğu qədər sakit deyildi. Hətta əsəbi idi demək daha doğru olar. Bizim yanımıza gəldiyi zaman, o gözəl Azəri ləhcəsiylə, “haydı, uşaqlar, gedək” dedi. Nə baş verdiyini anlaya bilməmişdik, lakin bir şeyin tərs getdiyininin fərqindəydik. Avtomobilə mindikdən iki-üç dəqiqə sonra Bəydən bu barədə soruşduq.

Elçibəy cavabında “Bunlar qul axtarır, məni heç kim qul edə bilməz” dediyində sanki soyuq bir duş qəbul etdim. Elçibəy ABŞ-da olan zaman reportaj hazırlayan Erməni xəbər agentliyi “Groong”un rəhbərləri belə açıqca etiraf edə bilməsələr də, Bəyə heyran qalmışdılar.

ABŞ-DAKI TÜRKİYƏ SƏFİRİ ELÇİBƏYƏ QARŞI

Məsələ burasında idi ki, yalnız NED deyil, digər amerikan təşkilatları da Elçibəylə yalnız öz mənfəətlərini güdmək üçün görüşmüşdülər. Elçibəylə görüşməyən yeganə tərəf isə Vaşinqtondakı Ağ Türklər olaraq adlandırılan və hər kəsə əmr verib “Elçibəylə qətiyyən görüşməyin” deyən, Ərəb mənşəli Türkiyə səfiri Baki İlkin idi.

O zamanlar həyat yoldaşının FBI-la yaxın əlaqələr içində olduğu söz-söhbətləri ilə çalxalanan Vaşinqtondakı Türk quruluşu, ATAA-ya direktorluq edən Gülər Köknar da NED-in Elçibəylə görüşündən qeydlər götürmək üçün toplantıya gəlmiş, çıxışda da deyilənə görə, səfirliyə gedib Baki İlkinə bizlər və Elçibəy haqqında hesabat vermişdi.

Həmin ərəfədə Corc Vaşinqton Universitetinin professoru Türkər Özdoğanın evində qonaq idik. 10 və ya 15 adamın qonaq olduğu yeməkdə Zeyno Baran və “Rəngli inqilablar” nəticəsində Gürcüstanda iqtidara gələn Mixail Saakaşvilinin yaxın dostu, Azərbaycanın Elçibəy dönəmindəki ABŞ səfiri olan Ceyhun Mollazadənin (Asim Mollazadənin qardaşı) yanında maraqlı bir qonaq daha vardı. Amerikan Atatürk Dərnəyi başçısı Xudai Yavalar.

Xudai Yavalar məclis zamanı, Məhəmməd Peyğəmbər və İslam haqqında ağzına gələni danışmağa başladı. Bu zaman buna dözə bilməyən Elçibəy “Bəy, bəy”. Biz Müsəlmanıq. Sən bizi nə zənn edib belə danışırsan?” dediyi anda məclisə ağır bir sükut çökdü. Rəhmətliyin, yerində və haqlı reaksiyasından sonra məclisi tərk etdik.

ABŞ-DA PULSUZ QALAN EKS-PREZİDENT

Elçibəy təxminən on gün Vaşinqtonda qalmışdı. Nyu Yorka yola saldığımızda Reygan Hava Lımanında köməkçisi Əli bizə dönərək, “Toğrul, pulumuz qutarıb” dedi və “Bir miqdar borc verərsinizmi?” deyə əlavə etdi. Nyu York-dan Türkiyəyə gedəcəkdilər və yolda bir problem olardısa, bir dövlətin keçmiş prezidenti hava limanında girov qala bilərdi. Elçibəyi yola salmaq üçün hava limanına gələn dostlarla 1500 dollara yaxın bir məbləğdə pul yığıb Elçibəydən gizlin köməkçisi Əliyə verdik. Bizlər hərəmiz bir restoranda pizza daşıyan gənc tələbələr idik – daha artıq pulumuz yox idi, təəssüf ki.

Daha sonra Ərəb mənşəli Türkiyə səfiri Baki İlkin iki MHP millət vəkilinin də olduğu bir məclisdə “Elçibəyin Vaşinqtonda olduğunu bilmirdim, niyə səfirliyə gətirmədiniz?” dediyində beynim çöndü, iştə, dedim, Türkiyəni banan Respublikasına çevirənlərin gəldiyi nöqtə budur.

Halbuki dövrün hərbi attaşesi Elçibəylə görüşmək üçün istəkli idi və Onu səfirliyə dəvət etmək istəmişdi. Təbii ki, bundan qürur duymuşduq, lakin daha sonra mənə təkrar zəng edərək, “Baki İlkin, Elçibəyin Türkiyə səfirliyinə gəlməsini istəmir” dediyini xatırladım. Həmin an Baki İlkinin üzünə qarşı hisslərimi izhar etməmək üçün dilimi necə dişlədiyimi hələ də xatırlayıram.

Hiss etdiyim ağrı dilimi dişlədiyim üçün deyildi, qarşımdakı insanların dözülməz bəsitliyindən sıxılırdım. Daha sonra o günlərdə baş verən laqeydliklərin səbəbini Türkiyəni təmsil etdiyi deyilən, yenə ərəb əsilli və bu gün tam yerini tapmış İsrail elçisi, Namik Tandan bu barədə soruşduğumda, “Biz Elçibəyi Məhəmməd Saleh ilə birlikdə gəldi sanmışdıq” cavabını eşitdiyimdə şok yaşadım yenə. “Türkiyənin ən yüksək mövqeləri bu qədər cılızlaşdırılmamalıdır”, – deyə düşündüm.

Bu qısa hekayəni danışmağımın səbəbi Türk Dünyasının böyük bir öndərinə edilənləri və insanların bu mərhələlərdə nə vəziyyətlərə düşürüldüklərini Türkə, Türkiyəyə və bütün Türk Dünyasına əhəmiyyət verən adamlarla paylaşmaq istəyimdir.

Elçibəy kimi adı tarixə yazılmış bir Türk böyüyü ilə birlikdə zaman keçirməyimdən qürur duyduğumu bildirmək üçündür.

“Sorosa sarılırlar” deyə insanlara əsəbləşirik. Şəxsən imperializmi tənqid edirəm və tənqid etməyə də davam edəcəyəm. Çünki azadlıq, demokratiya, bərabərlik və hüququn üstünlüyü, işğal edilmiş bir ölkədə əsla gerçəkləşməz. Bu işğal bəzən xaricilərin hərbi gücləri ilə deyil, beyinlərin idarəsini və mədəniyyətlərin uğradıldıqları eroziya ilə də reallaşdırıla bilər. Beyinlərimizi müstəqilləşdirə bilmədiyimiz müddətdə nə demokratiya, nə ədalət, nə də bərabərlik utopiyasından kənara çıxa bilməyəcək. /Yalquzaq.com /

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=122598

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930