Ərdoğan Türkiyəyə mane olmaq istəyənlərə xəbərdarlıq etdi

26.08.2020 - 18:38

Türkiyə Aralıq, Egey və Qara dənizdə haqqı olanı alacaq.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird zəfərinin 949-cu ildönümü ilə bağlı çıxışında deyib.

“Türkiyə artıq səbri sınanacaq bir ölkə deyil. Bunu hər kəs görəcək. Edərik deyiriksə, edərik. Egeydəki saxta hegemonluqları qəbiristanlıqda fit çalma psixologiyasının təzahüründən başqa bir şey deyil. Türkiyənin heç kəsin torpağında gözü yoxdur. Özümüzə aid olanı da heç vaxt güzəştə getməyəcəyik. Bunun üçün siyasi, iqtisadi, hərbi cəhətdən nə lazımdırsa, etməyə hazırıq. Biz bu torpaqların əsl sahibləriyik. Qarşı tərəfdəki həmkarlarımızı düzgün yola dəvət edirik. Məhv olmalarına yol açacaq səhvlərdən uzaq dursunlar”, – deyə Ərdoğan vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153100

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930