ABŞ seçkilərində son iki ay – şans kimin üzünə güləcək?

05.09.2020 - 10:38

ABŞ-da prezident seçkilərinə iki aydan da az qalır. Pandemiya səbəbindən qızğın seçki mübarizəsi müşahidə olunmasa da, dünya gündəminin əsas mövzularından biri də budur. Bu seçkilərdə rəqib olacaq namizədlərdən hazırkı prezident, respublikaçı Donald Tramp və demokrat Co Baydenin şansları barədə ən müxtəlif fikirlər səsləndirilir.

Doğrudur, sorğularda Bayden irəlidədir və hər keçən gün üstünlüyünü artırır. Amma nəzərə alaq ki, son seçkilərdə seçki gününə qədər demokratların namizədi Hillari Klinton üstün idi, lakin seçki günü sürpriz yaşanmış, D.Tramp qalib gəlmişdi. Bu baxımdan indidən kiminsə qalib gələcəyini söyləmək olduqca çətindir. Pandemiya səbəbindən aktiv seçki təbliğatının aparılmamasının da nəticələrə ciddi təsir edəcəyi deyilir. Aktiv kampaniyanın aparılmamasının seçkilərə legitimlik qazandırıb-qazandırmayacağı, şansın bu dəfə demokratların üzünə gülüb-gülməyəcəyi ilə bağlı da fikirlər fərqlidir.

Siyasi şərhçi Əhəd Məmmədli Trampı şanslı sayır: “Sorğularda Bayden irəlidə olsa da, fikrimcə, seçkilərdə Tramp udacaq. Əvvəlki seçkilərdə də Hillari irəlidəydi, amma sonda qalib Tramp oldu. Onun prezidentliyi dövründə sadə amerikalıların sosial rifahı daha da yaxşılaşdı. Trampın xalq arasında əsas dəstəyi orta və kiçik təbəqə arasındadır. Onu sevməyənlər Baydenin ətrafında birləşiblər. Lakin yenə də, fikrimcə, seçkilərdə Tramp qalib qələcək. Seçkilərin taleyini debatlar həll edəcək. Xarizma, liderlik xüsusiyyəti və digər siyasi parametrlərdə Tramp Baydeni üstələyir. Fikrimcə, bu aspekt namizədlərin debatında da özünü büruzə verəcək, Trampın xeyrinə işləyəcək.

Əhəd Məmmədli: "Əsas problem inauqurasiyanın harada keçirilməsi deyil,  ümumiyyətlə, inauqurasiyanın keçirilməsidir"

Əhəd Məmmədli: “Seçkilərin taleyini debatlar həll edəcək”

Pandemiya səbəbi təbliğat dövrünün sönük keçməsinə səbəb olacaq. Bu da Bayden kimi ağ-qara namizədə Tramp kimi rəngli namizəd üzərində üstünlüyünü göstərəcək. Çünki təbliğat, mitinqlər, seçicilərin arasına çıxmaq namizədlərin bir-biri üzərində oratorluq qabiliyyətinin göstəricisi deməkdir. Bu parametrlərdə Trampın Baydeni üstələməsi şəxsən məndə şübhə doğurmur. Ona görə təbliğatın olmaması, Trampın seçki dövründə özünü göstərmək imkanının olmaması rəqibi Baydenin onun qarşısında şansını çoxaldır. Seçki nə qədər sönük keçsə, bu zəif Baydenin aktiv Tramp üzərində üstünlüyüdür. Amma yenə də hər şeyin telekanallar vasitəsilə namizədlərin debatlarında həll ediləcəyi düşüncəsindəyəm. Burda da Trampın Baydeni üstələcəyini düşünürəm. Sonucda seçkilərin Trampın qələbəsi ilə nəticələnəcəyi qənaətindəyəm”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə: “Dərin dövlət yenə Trampa üstünlük verəcək”

Politoloq Məhəmməd Əsədullazadə: “ABŞ-da gözlənilən prezident seçkiləri təkcə bu ölkə daxilində deyil, dünyanın siyasi mənzərəsinə təsir edəcək bir siyasi hadisədir. Məhz bu seçkilər əvvəlki seçkilərdən fərqli olaraq daha da rəqabətli və daxili siyasi böhranın yaşanması, maliyyə bossları, uzun illər pərdəarxası fəaliyyət göstərən məşhur maliyyə imperiyasına malik olan Rokfeller və bir neçə ailələrin hakimiyyət uğrunda mübarizəsidir. Bir qrup demokratlar bir qrup respublikaçıları dəstəkləyir. Burada dərin dövlətin hansı qərar verəcəyi, seçki kollegiyasının kimin üzərində dayanması noyabrda aydın olacaq. Seçkilər həlledici mərhələyə daxil olub və hesab edirəm ki, Donald Tramp maliyyə bosslarrının dəstəyini alıb. Hilları Klintonun yüksək səs almasına baxmayaraq seçki kollegiyası dərin dövlət Trampı seçdi. Qeyd edim ki, Tramp öz qələbəsinə inandığı üçün bu seçkiyə gedir. O, ABŞ Yəhudi lobbisinin və güclü yevangelistlərin dəstəyini alıb. Trampın hakimiyyətdə olması beynəlxalq münasibətlər sistemində yəhudi və dini çevrələrin sivlizasiya savaşında da öndə olmasını şərtləndirir. Hesab edirəm ki, Bayden hazırda əksər amerikanların dəstəyini qazansa da, onun prezident seçilməsi polemikadır. Hesab edirəm ki, Trampın şansları yüksəkdir və onun prezident seçilməsi mümkün ola bilər. Ümumiyyətlə, ABŞ-da seçkilər fərqlidir, səslərin sayılmasında və burada kimin səs çox topladığı kimi qalib sayılmır. Əlbəttə ki, bu seçkilərə kölgə salır. Hesab edirəm ki, Trampın növbəti dəfə hakimiyyətdə qalması ABŞ-ın inkişafına gətirib çıxaracaq. O, çəkinmədən ABŞ Rusiya və digər ölkələrlə qarşıdurmaya gedərək, maliyyəyə qənaət edərək, ABŞ-ın iqtisadiyyatını inkişaf etdirib. Ona görə də Trampın hakimiyyətdə qalması və onun qələbəsinin təmin edilməsi baş tuta bilər. Baydeni siyasətdə zəif fiqur kimi qiymətləndirirəm”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153643

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930