Ceyhun Bayramov və Aİ Komissarı yeni sazişin tamamlanmasının vacibliyini müzakirə ediblər

18.09.2020 - 15:15

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi arasında telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, bu barədə O. Varhelyi “Twitter”də bildirib.

“Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovu vəzifəyə təyinatı münasibətilə təbrik etdim. Avropa İttifaqı və Azərbaycan arasında yeni sazişin, həmçinin aviasiya sazişinin tamamlanmasının vacibliyini müzakirə etdik. Enerji sahəsində əməkdaşlıq, Azərbaycan qazının Avropa İttifaqına və Qərbi Balkanlara çatdırılmasında qarşılıqlı maraqların olduğunu bir daha təsdiqlədik”, – deyə, Aİ-nin Komissarı vurğulayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154498

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930