Sabiq liderlər dünya dövlətlərini nüvə silahını ləğv etməyə çağırırlar

21.09.2020 - 16:30

Dünya dövlətlərinin sabiq liderləri öz ölkələrini BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsinə qoşulmağa çağırıblar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, sentyabrın 20-də bu barədə bəyanatla çıxış edən Nüvə Silahının Ləğvi Barədə Beynəlxalq Kampaniya (ICAN) 56 sabiq liderin həmin çağırışının açıq məktubda əksini tapdığını bildirib.

Bu sabiq liderlər sırasında NATO üzvü olan 20 ölkənin keçmiş Baş nazirləri, Xarici İşlər nazirləri, o cümlədən Yaponiyanın keçmiş Baş Naziri Hatoyama Yukio və BMT-nin keçmiş Baş katibi Pan Gi Mun (Cənubi Koreya) da var.

Məktubda son illər nüvə silahının tətbiqi imkanlarının genişləndiyi qeyd edilir. Bildirilir ki, bu məsələdə “nüvə silahının yeni növlərinin yaranması” və “nüvə strukturlarına real kiberhücumlar təhlükəsinin artması” xüsusi rol oynayır.

Sabiq liderlər hazırkı dövlət başçılarına müraciət edərək, onları nə qədər ki, gec deyil bu silahların ləğvi istiqamətində birgə fəaliyyətə çağırırlar.

ICAN-dan bildirildiyinə görə, məktub yaxın günlərdə NATO üzvü olan 20 dövlətin, həmçinin Yaponiya və Cənubi Koreyanın liderlərinə göndəriləcək.

Həmin ölkələr BMT-nin 2017-ci ildə imzalanmış Nüvə Silahının Ləğvi Barədə Müqaviləsinə qoşulmayıblar. Bu dövlətlər, əsasən ABŞ-ın nüvə çətirinə arxalanırlar.

Qeyd edək ki, həmin müqavilə 50 dövlət tərəfindən imzalandıqdan 90 gün sonra qüvvəyə minəcək. Hazırda bu sənəd 44 dövlət tərəfindən imzalanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=154667

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930