Ağ bayraq qaldıran Ermənistanla hər hansı əməkdaşlıq mümkünmü?

11.11.2020 - 10:12

Qabil Hüseynli: “Ermənilər ağıllansalar, beynəlxalq layihələrə, əməkdaşlığa onları da qoşmaq olar, amma…”

Ermənistan ağ bayraq qaldırmağa və kapitulyasiyaya məcbur edildi. Məlum olduğu kimi, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan rəhbəri İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Bəs bundan sonrakı proseslər necə ola bilər?

Xatırladaq ki, bir neçə gün öncə Prezident İlham Əliyev BBC-yə münashibəsində qeyd edib ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundadır: “Necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik”. Bəs bu Ermənistanla da mümkün ola bilərmi? 

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Ermənilər xəstə millətdir. Onların siyasi liderləri, elitası bu xalqı tamamilə dəli-divanə dərəcəsinə çatdırıb. Yəni onların normal insani duyğulara, normal qonşuluq münasibətlərinə qayıtması üçün bir neçə il gözləmək lazım gələcək. Ermənilər bu gün də reallığı qəbul etmək istəmirlər. Yalnız Azərbaycan Ordusunun zərbələri altında bu cür atəşkəsə məcbur oldular.

Qabil Hüseynli: Prezident İlham Əliyev bu şəxslərə qarşı barışmaz mübarizə  xətti elan edib - İki sahil

Qabil Hüseynli

Amma ağıllansalar, beynəlxalq layihələrə, əməkdaşlığa onları da qoşmaq olar. Lakin hələ ki bu, yaxın müddətin işi deyil, onlar tezliklə normal həyata geri dönməyəcəklər. Bu nöqteyi-nəzərdən ilkin mərhələdə bəyanat imzalanıb. Amma bundan sonra böyük sülh sazişi imzalanmalıdır və həmin sülh sazişində hər bir məsələ öz həllini tapmalıdır. Əgər bunu həyata keçirə bilsək, onlarla indiki bəyanatda olduğu kimi Qarabağa hər hansı status istəmədən sülh müqaviləsi imzalaya bilsək, iqtisadi, hətta siyasi əməkdaşlıq qura bilərik. Lakin qeyd etdiyim kimi, bu çox çətin bir prosesdir və qarşıda bizi çox çətinliklər gözləyir. Bütün bunlara baxmayaraq, Azərbaycan artıq onların gözünü qırıb və bölgənin super dövləti kimi onları yerində oturtdu. Sülhə məcbur etməklə yanaşı həm də ağ bayraq qaldırmağa vadar etdi”.

Politoloq bundan sonrakı proseslərin hamar olmayacağını vurğuladı: “Ermənilər hələ bir müddət ağıllarını başlarına yığana qədər təxribatlar, provokasiyalar törətməkdə davam edəcəklər. Əgər qoşun çıxarmaq prosesini cədvələ uyğun həyata keçirsələr, müəyyən ümidlər yarana bilər. Bu prosesi həyata keçirdikdən sonra sülh yaratmaq prosesi başlayacaq və daha sonra Azərbaycan və Türkiyə ilə sərhədlər açıla bilər. Bir daha qeyd edirəm, əgər ermənilər imzaladıqları sənədlərə  sadiq qalacaqlarsa, onda proseslər gedəcək. Amma bütövlükdə ermənilərin siyasi, mənəvi cəhətdən sağalması üçün hələ müəyyən proseslərin getməsinə ehtiyac var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157074

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031