Putindən Qafqazın taleyini dəyişə biləcək açıqlamalar – Pənah Hüseynin şərhi

19.11.2020 - 10:54

Partiya lideri hesab edir ki, regionda Rusiya-Türkiyə-Azərbaycan arasında dərin və strateji ittifaq qurula bilər: “Putin demək istədi ki, niyə də bizim regionda belə situasiya olmasın?!”

Rusiya prezidenti Vladimir Putinin son müsahibəsi Rusiya – Türkiyə – Azərbaycan arasında dərin və strateji anlaşmanın olduğuna dair iddiaları daha da gücləndirdi.   Kremlin rəhbəri müsahibəsində Ankara ilə münasibətlərdən məmnun görünürdü.

Putin Türkiyənin sülh prosesinə ciddi töhfə verdiyini, məhz Türkiyə ilə Rusiya əməkdaşlığının regionda təhlükəsizlik mənafeyinə xidmət göstərdiyini bəyan etdi.

O, Türkiyənin beynəlxalq hüquqa zidd addımlar atmadığını açıqladı. Habelə, iki ölkə arasında keçmişdəki düşmənçiliklərin arxivə qovuşduğuna eyham vurdu.

Əgər belədirsə, Dağlıq Qarabağ bu dərin və strateji anlaşmanın, bəlkə də regionda planlaşdırılan yeni ittifaqın önəmli fraqmentlərindən yalnız biridir.

Belə bir məqamda Aleksandır Duqinin bu fikirlərini yada salmaq zəruridir: “Mənə görə, Rusiyanın da, Türkiyənin də taleyi və yolu eynidir. Biz ortaqlığa, ittifaq qurmağa məhkumuq…”

Aleksandr Dugin - Vikipedi

Aleksandır Duqin

Bu fikirlərdə böyük həqiqət payı yatır. Türkiyə və Rusiya sanksiyalarla üzləşən, təzyiqləri eyni mənbədən alan dövlətlərdir.

Eyni zamanda regionda sülhün, stabilliyin dayanıqlığında, iqtisadi açılımın olmasında böyük rola malikdirlər.

Odur ki, Qarabağ məsələsi Rusiya – Türkiyə – Azərbaycan arasında ittifaqın qurulmasında bəlkə də bir düyün idi.

Bu düyünün çözülməsi ilə bölgədə yeni bir əməkdaşlıq formatının təməlinin qoyulduğunu söyləmək olar. Bəs Putinin açıqlamasının Azərbaycan və region üçün əhəmiyyəti nədən ibarətdir?

Pənah Hüseyn komitə sədri seçildi – Novator.az

Pənah Hüseyn

Sualımızı cavablandıran Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, Rusiya cəmiyyətində müəyyən dairələr prosesləri Rusiya-Türkiyə düşmənçiliyi, iki dövlətin amansız rəqabəti kimi şərh etmək istəyirlər.

Partiya liderinin sözlərinə görə, müəyyən dairələrin səyləri Rusiya-Türkiyə arasında toqquşma, gərginlik yaratmaq istiqamətində gedir.

P.Hüseyn hesab edir ki, bütün bunlara Putinin cavabı olduqca əhəmiyyətli və ciddi açıqlama idi: “Putin bu yöndə suallara cavabında qeyd etdi ki, Fransa və Almaniya arasında əsrlər boyu müharibə cərəyan edib. O, bu gün iki ölkənin hərbi cəhətdən NATO-da, iqtisadi baxımdan Avropa Birliyində əməkdaşlıq etdiyini misal gətirdi. Bununla Putin demək istədi ki, niyə də bizim regionda belə situasiya olmasın?!

Hesab edirəm ki, Putinin sözləri Qafqazda proseslərin taleyini dəyişə biləcək açıqlama idi və bunun üzərində dayanmağın tərəfdarıyam”.

AXP sədrinin fikrincə, Rusiya-Türkiyə mübarizəsi indi əməkdaşlıqla əvəzlənə bilər: “Putinin bu yöndə fikirlərini iki ölkə arasında əməkdaşlığın mümkünlüyü barədə açıqlama kimi qəbul edirəm.

Rusiya dövlət başçısının çıxışında ən mühüm nüanslar bundan ibarət idi və hazırda dünyanın bütün strateji mərkəzlərində onun açıqlaması müzakirə olunur”.

P.Hüseyn vurğuladı ki, Rusiya-Türkiyə ittifaqı yalnız Azərbaycanın körpü olması ilə qurula bilər:

“Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması və ərazi bütövlüyünün tam bərpasından sonra regionda belə bir əməkdaşlıq mümkündür”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157450

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930