ABŞ-ın Cənubi Qafqazda möhkəmlənməsi çağırışı – Bakıya nə xeyri?

20.11.2020 - 10:05

Pompeo ilə görüşdə gürcü baş nazir Vaşinqtonun regiona təsirlərinin güclənməsini istəyib; Tofiq Abbasov: “ABŞ-ın regiona gəlişi yaxşı heç nə vəd etmir”

Gürcüstanın baş naziri Giorgi Qaxariya ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşündə Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənməsinə çağırış edib. “Yeni Müsavat” xəbər verir ki, bu çağırış indiki geosiyasi şəraitdə Azərbaycan üçün son dərəcə düşündürücü məsələdir.

ABŞ-ın bu regionda təsirlərinin artmasının hansı nəticələr verdiyi yaxın keçmişdəki tarix dərsləridir. Amerikalılar bölgəyə nə zaman ayaq basırlar pullu inqilablar torpaq itkiləri, regionda Rusiya ilə qarşıdurma baş verir və bundan kiçik ölkələr ziyan görürlər. 2004-cü ildə Gürcüstanda ABŞ-ın dəstək verdiyi “narıncı inqilab”, 2014-cü ildə isə Ukraynadakı Maydan hərəkatında Vaşinqtonun birbaşa iştirakı bu ölkələrə nələr gətirdi?

İnqilabın memarı Mixail Saakaşvili indi ölkəsinə belə qayıda, Ukrayna da böhrandan qurtula bilmir. ABŞ yetirməsi olan Saakaşvilinin anti-Rusiya ritorikası gürcülərə baha oturdu. Gürcülər Cənubi Osetiya və Abxaziya məsələsində böyük itki ilə qarşılaşdılar.

Mixail Saakaşvili: "İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir?"

Ukraynaya gəlincə, Maydan hərəkatı, Makkeynin etirazçılara pul xərcləməsi, Moskvanın qulağının dibində inqilab etmək Krımın itirilməsinə gətirib çıxardı. Əvəzində Avropa Birliyi və ABŞ Ukraynanı böhrandan çıxarmaq üçün heç bir yardım etmədi, onu tək buraxdı.

Bu “inqilabçı siyasəti” müəyyən aralıqda Azərbaycanda da həyata keçirməyə çalışıblar. Amma hakimiyyət amerikalıların cəhdlərinin qarşısını qətiyyətlə almağı bacarıb.

Ümumiyyətlə, dünyada “ixrac olunan demokratiya” siyasəti bitib, qlobalistlərə kəskin nifrət formalaşıb, onlar bəşəriyyətin düşməni kimi qəbul olunurlar. Artıq xalqlar da Qərbin demokratiya oyunlarına daha inanmırlar.  ABŞ-ın xarici siyasətində, o cümlədən bizim regionda mövqelərini itirməsinin əsas səbəblərindən biri də budur. Yəni Vaşinqtonun xilaskar, “demokratiya qaranquşu” obrazı bir mif kimi dağılıb, etimadını itirib. Hətta Respublikaçıların hakimiyyətə gəlməsinin tərəfdarları çoxalıb, Demokratlara riyakar siyasətçilər kimi baxırlar.

Onların hər gəlişi istər Yaxın Şərqdə, istərsə postsovet məkanında müharibələr, qan, xaosla nəticələnir. O baxımdan gürcü baş nazirin Pompeo ilə görüşdə ABŞ-ın Cənubi Qafqazda möhkəmlənmək çağırışı isti qarşılanmır. Hətta regionda yeni strateji toqquşmanın dərinləşməsinə səbəb ola bilər.

Tofiq Abbasov: “AŞPA-da ikili standartlar tətbiq olunur”

Tofiq Abbasov

Telejurnalist, politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, əvvəlcə görüşən tərəflərin siyasi kontekstinə baxmaq lazımdır.Onun fikrincə, Qaxariya son parlament seçkilərində qalib gəlmiş partiyanın baş naziridir, Pompeo isə əksinə, məğlubiyyət vəziyyətində olan komandanın üzvüdür. Ekspert hesab edir ki, Pompeo dövlət xadimi kimi müstəqil dövlətlərin çökməsinə, rəngli inqilablara dəstək vermiş siyasətçidir.  T.Abbasov onun sağlam ruhlu siyasətçi kimi populyarlıq qazanmadığını düşünür: “Üstəlik, Trampın istənilən kaprizinə ”hə” deyən adamdır. Məsələn, Tramp seçki haqda bir sözünə görə Krebsi (Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı – E.S) işdən azad etdi. Amma Pompeo elə deyil, onun hər sözü ilə oturub-durur.

Digər tərəfdən, Qaxariya bir ev yiyəsi kimi bu fikri deməlidir. Amma Amerikanın Gürcüstan planları məlumdur, istəyirlər ki, onları tam təsir altına salsınlar. Sadəcə, bu asan iş deyil. Gürcüstan özü xeyli transformasiyalar yaşayıb. Üstəlik, Qaxariya texnokratdır. Hazırlıqlı, işlək siyasətçidir. Anlayır ki, Azərbaycanın qələbəsi regionda mövqeyimizi gücləndirib, ətraf ölkələrlə, xüsusən Rusiya ilə münasibətlərdə diqqətli olmalıdırlar”.

T.Abbasovun sözlərinə görə, ABŞ-ın regiona gəlişi yaxşı heç nə vəd etmir: “Amerikalılar təkamül yox, inqilablarla dəyişikliyi təklif edirlər. Bu heç Gürcüstana da lazım deyil. Azərbaycan isə özünü etibarlı şəkildə bu məsələlərdən qoruya bildi və bizim siyasi konsepsiyamız praqmatik mahiyyətə malikdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157505

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930