Qabil Hüseynli: “Baydenin Türkiyə arzusu gözündə qalacaq”

28.11.2020 - 10:19

ABŞ-ın yeni prezidenti Co Baydenin hakimiyyətə gəlişi Türkiyəyə və bütövlükdə Türk dünyasına nələr vəd etdiyi açıq sual olaraq qalır. “Yeni Müsavat” xatırladır ki, demokrat prezident seçki ərəfəsində Ankaraya təzyiqlərdən ağız dolusu söz açıb. Həmçinin ermənipərəst çıxışları ilə özü haqda bizdə arzuolunmaz təsəvvür yaradıb.

Bəzi proqnozlara görə, Türkiyənin Rusiya ilə yaxınlaşması Baydenin Ankaraya qarşı xoşniyyəti olmayan siyasətinə ikiqat təsir edə bilər. Hətta gələn ildən ABŞ-ın İranla müəyyən sövdələşmələrə gedəcəyi, bəzi sanksiyaların götürüləcəyi güman olunur və bunun fonunda Vaşinqtonun Ankara və Moskvaya təzyiqlərinin artacağı ehtimal edilir. Baxmayaraq ki, Türkiyə NATO ölkəsidir, ABŞ-ın müttəfiqidir, bununla belə Baydenin gəlişinin Vaşinqton-Ankara münasibətlərində gərginliyi artıracağı gözləntiləri var.

Ola bilsin ki, strateji baxımdan Rusiya ilə Türkiyənin ABŞ tərəfindən sıxışdırılması Azərbaycana sərf edir. Çünki bu iki ölkə Qərb tərəfindən basqı ilə üzləşdikcə ortaq maraqları çoxalır, müttəfiqliklərinin ömrü uzanır, bir-birilərinə ehtiyacları artır. Azərbaycan da bu ittifaqdan, yaxın qonşulardan öz maraqları üçün yararlana bilir. Hərçənd Baydenin Türkiyəni özündən tam uzaqlaşdırmamaq üçün sona qədər əyləci basacağını gözləmək olmaz.

Təbii ki, S-400 sistemləri, Şərqi Aralıq dənizi, Suriya və kürd siyasətləri ilə bağlı fikir ayrılıqları yaşanacaq. Lakin unudulmamalıdır ki, Obama öz seçki kampaniyası dövründə qondarma “erməni soyqırımı”nı tanıyan ilk prezident olacağını söyləsə də, bu yöndə heç bir addım atmadı. Bundan əlavə, Klinton və Obamanın ilk hakimiyyət illəri Türkiyə-ABŞ əlaqələrində ən rahat dövrlər olub.

Ümumiyyətlə, Baydenin xarici siyasət məntiqinə görə, ABŞ-ın tələbləri və təlimatlarına “boyun əyməyən” dövlətlərdə mütləq hakimiyyətlər devrilməlidir, əvəzində isə Ağ Evin bütün tapşırıqlarına qeyd-şərtsiz “baş üstə” deyən hökumətlər qurulmalıdır.

Co Bayden ABŞ-ı “saya salmayan” dövlətlərdən danışarkən ilk növbədə Türkiyəni örnək göstərir. Onun fikrincə, prezident D.Trampın tərəddüdlü xarici siyasət kursu rəsmi Ankaraya Türkiyə üçün cızılmış “qırmızı cizgiləri” aşmaq imkanı qazandırıb. Xüsusilə də, Türkiyə Suriya hərbi-siyasi poliqonunda əsas oyunçulardan birinə çevrilib, İraqda öz iradəsini ön plana çıxarmağa nail olub, Liviyada hərbi-siyasi təşəbbüsü ələ keçirib, Şərqi Ağdənizdə şəriksiz hegemonluq iddiasına düşüb.

Baydenin fikrincə, ABŞ-ın Türkiyəyə bu qədər geniş geopolotik coğrafiyada “meydan sulamaq” hüququ tanıması yolverilməzdir. Və söz verir ki, hakimiyyətə gələcəyi təqdirdə, ilk növbədə Türkiyə ilə bağlı problemlərin həllinə üstünlük verəcək.

Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - modern.az

Politoloq Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a Baydenin Türkiyə siyasətinin nələrə gətirib çıxara biləcəyini açıqladı. Öncə o xatırlatdı ki, Türkiyə suveren dövlətdir, regional gücdür, NATO üzvüdür: “Bayden Türkiyə haqda siyasi etikaya uyğun olmayan sözlər söylədi. Ümumiyyətlə, siyasətçiyə yaraşmayan fikirlər idi, Türkiyəni təhdid etmişdi. Lakin buna cavabında Ərdoğan ABŞ-la uzunmüddətli münasibətlərin inkişaf etdirilməsinə hazır olduqlarını açıqladı. Hətta Bayden Türkiyədə siyasi dəyişikliyə nail olacağını söyləyirdi. İnanmıram ki, buna gücü çatsın. Ərdoğanın ölkədə reytinqi yüksəkdir”.

Q.Hüseynlinin fikrincə, xüsusən Qarabağ müharibəsindən sonra Ərdoğanın nüfuzu daha da artıb: “Ərdoğan 2023-cü il – yəni Türkiyə Cümhuriyyətinin 100 illiyinə qədər bir sıra islahatlara, ciddi irəliləyişlərə nail ola biləcək. Bu irəliləyişin aparıcı elementlərindən biri türk dövlətləri arasında ciddi əlaqələrin qurulmasıdır. O səbəbdən Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi həmin ideyanın gerçəkləşməsi yolunda mühüm mərhələ olacaq. Söhbət Naxçıvanı Azərbaycanla birləşdirən və Mehri rayonu ərazisindən keçəcək dəmiryolu, eləcə də şose yolunun bərpasından gedir. Həmçinin, Ermənistanla Azərbaycan arasında ədalətli sülh müqaviləsinin hazırlanıb yekunlaşdırılması nəzərdə tutulur. Zənnimcə, 2023 seçkilərinə qədər bu məsələlər reallaşdırılacaq. Bununla da Ərdoğan Türkiyənin yüksək iqtisadi göstəricilərinə imza atacaq, Baydenin arzusu gözündə qalacaq”.

Ekspert o qənaətdədir ki, Rusiya-Türkiyə yaxınlaşması, orta strategiya formalaşdırılması Azərbaycan üçün mühüm əhəmiyyətə malik ola bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157804

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930