VHP və BAXCP arasında fikir ayrılığı yoxdur – AÇIQLAMA

16.11.2021 - 13:24

Məlum olduğu kimi bu günlərdə Milli Məclisin komitəsində “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər müzakirə olunub. Müzakirələrdə partiyaların maliyyələşməsi məsələsinə də toxunulub və BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev fikirlərini bildirib. O qeyd edib ki, siyasi partiyalar arasında vəsaitin bölüşdürülməsi məsələsində narazılıq yaranmamasına çalışılmalıdır: “Siyasi partiyalar arasında vəsaitin bölüşdürülməsi məsələsi elə həll olunmalıdır ki, narazılıqlar yaranmasın. Əlbəttə, istənilən halda narazı qalanlar olacaq. Amma elə ədalətli bölgü olmalıdır ki, ümumi rəydə partiyaların maliyyələşməsi ilə bağlı qərar YAP-ın maliyyələşdirilməsi üçün dekorasiya xarakterli addım kimi qiymətləndirilməsin”. Qüdrət bəyin təklifləri ilə bağlı siyasi partiyalar da fikirlərin açıqlayıb. Məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının mövqeyi təəssüf ki, yanlış mövqedən, sanki VHP-nin BAXCP sədrinin fikrinə qarşı olması kimi  təqdim olunub. VHP sədrinin müavini Nəsimi Şərəfxanlı  bildirir ki, partiyaların maliyyələşməsi məsələsində millət vəkili Qüdrət Həsənquliyevin fikirləri ilə tam razıdır və VHP indiki halda 40 faiz 11 partiya arasında bölünəndə isə bu partiyalara əhəmiyyətli vəsait düşməyəcəyini qəbul edir . Ümumiyyətlə, ölkəylə bağı həm siyasi, həm iqtisadi, həm də hüquqi məsələlərdə VHP və BAXCP hər zaman eyni mövqedən çıxış edib. Medianın populyarlıq naminə məsələni yanlış təqdim etməsinin heç bir əsası yoxdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=168276

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930