Minsk qrupu Qarabağa görə toplaşdı – Rusiyalı həmsədr müzakirədən İMTİNA ETDİ

28.06.2022 - 14:58

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosu ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin həmkarları ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiyini bildirib.

Cumhuriyyet.az xəbər verir ki, büronun “Tviter” səhifəsində dərc olunan məqalədə qeyd olunur ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev müzakirələrdə iştirakdan imtina edib.

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyi ilə bağlı məsələni müzakirə edib. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”, – Büronun bəyanatında deyilir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatandan sonra verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, 28 il ərzində heç bir nəticə əldə edə bilməyən Minsk qrupuna artıq ehtiyac qalmayıb.

“Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

İyunun 24-də Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Minsk qrupunun fəaliyyətinin dayandığını bəyan edib:

“Biz deyə bilərik ki, Minsk qrupunun fəaliyyəti tamamilə dayanıb. Biz baxmalıyıq ki, onların üzvləri kimlərdir. Fransa, Amerika və Rusiya. Bu gün ölkələr arasında məsələ tam həllini itirib. Bunun da səbəbi üzv olan Amerikadır. Belə məsələ ABŞ-ın təşəbbüsü ilə olub”, – deyə XİN başçısı vurğulayıb.

Minsk qrupunun fəaliyyətinin iflic duruma düşməsinin əsas səbəbi quruma üzv ölkələrin maraqlarının Ukraynadakı müharibədə toqquşmsdır.

Xatırladaq ATƏT-in Minsk qrupuna həmsədrliyi İqor Xovayev (Rusiya), Bris Rokfeyl (Fransa) və Endryu Şofer (ABŞ) edirdi…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=177594

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930