Ermənistanın son təxribatları dünya mediasında

22.09.2022 - 13:02

Dünyanın bir çox kütləvi informasiya vasitələri Azərbaycanın dövlət sərhədində Ermənistanın törətdiyi genişmiqyaslı təxribatı ətraflı şəkildə işıqlandırmaqdadır.

Cumhuriyyet.az xəbər verir ki, dünyanın müxtəlif xəbər saytlarında yayımlanan məlumatlarda Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinin Ermənistanın növbəti hərbi cinayətini sərt şəkildə qınayan, Azərbaycan Prezidentini, xalqını və Silahlı Qüvvələrini dəstəkləyən bəyanatlarına və fikirlərinə yer verilib.

Ukraynadakı Azərbaycan diasporunun nümayəndəsi Hikmət Cavadov Ermənistanın növbəti təxribatını hərbi avantüra adlandırıb və Azərbaycan Ordusunun bu təxribata layiqli cavab verdiyini qeyd edib.

(//gordonua.com/blogs/hikmet-dzhavadov/odkb-ne-budet-voevat-na-storone-armenii-eto-eshche-odno-geopoliticheskoe-i-voennoe-porazhenie-rossii-1626125.html)

Hərbi ekspert İqor Korotçenko “Veçerniy Moskva”ya müsahibəsində bildirib ki, Azərbaycan sülh müqaviləsi imzalamağa hazır olsa da, Ermənistan tərəfi sülh müqaviləsini imzalamaq istəmədiyi üçün bu dəfə də Azərbaycanla sərhəddə təxribata əl atıb. O, iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiyasının aparılmasının zəruriliyinə də toxunub.

(//vm.ru/politics/995812-ceplyatsya-za-proshloe-pochemu-armeniya-ne-namerena-podpisyvat-mirnyj-dogovor-s-azerbajdzhanom?fbclid=IwAR14dpbhycffb_7geqpXHxag6I_uo-GQyh2lDbs1ajK5aLI-nGvgkJKSJ1E)
Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi sonuncu təxribatla bağlı bunları deyib: “Ermənilər bu gedişlə ağıllanmayacaq. Özləri də bilmədən oyuna gəlirlər”.

(//www.haberler.com/politika/son-dakika-haber-igdir-da-ermenistan-in-azerbaycan-a-yaptigi-15285095-haberi/)
Ermənistanın təxribatı barədə məlumatlar uzaq Braziliya KİV-də də işıqlandırılıb, Ermənistanın hərbi təxribatının beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də “Üçtərəfli Bəyanat”ın müddəalarına zidd olduğu qeyd edilib.

(//www.google.com/url?sa=D&q=//brasiliainfoco.com/processo-de-paz-entre-armenia-e-azerbaijao-esta-em-jogo/&ust=1663834080000000&usg=AOvVaw3yHm-zcU1ehaYG_gPiUjzL&hl=en&source=gmail)

“ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi” (USACI) İdarə Heyətinin Amerikada yaşayan Azərbaycan icması adından Texas ştatının rəsmilərinə ünvanlalan bəyanat ştatın informasiya portalında yayımlanıb, dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasətinə qarşı ölçü götürməyə çağırılıb.

(//texas.statenews.net/newsr/15769)

Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin təşəbbüsü ilə Yaponiyanın xəbər portallarından birində Ermənistanın növbəti hərbi təxribatını pisləyən bəyanat yayımlanıb.

(//ajmedia.jp/regardprovocation-of-the-armenian-army-12-september-2022/ )

Britaniyalı jurnalist Neil Uatsonun “Sərhəddə baş vermiş təxribatın əsas səbəbkarı Paşinyandır” adlı məqaləsində son hadisələr təhlil olunub, Aİ-nin Azərbaycanla Ermənistan arasında danışıqlara vasitəçiliyindən bəzi xarici qüvvələrin hiddətləndiyi bildirilib.

(//ednews.net/en/news/politics/542041-pashinyan-main-factor-behind-the)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182385

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930