Eks-prezident: Rusiya Qarabağ məsələsinin həll açarını İTİRİB

27.09.2022 - 11:04

Ermənistan dövlətinin keçmiş başçısı Ter-Petrosyan Rusiya, ABŞ və Avropa İttifaqının Qarabağ msələsinin nizamlanmasındakı imkanlarını dəyərləndirib.

“Qarabağ münaqişəsinin nizamlanmasının açarı bir vaxtlar Rusiyanın əlində idi, indi isə rəsmi Moskva onu itirib”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan İctimai Televiziyanın efirində bildirib.

“Rusiyanın timsalında Ukrayna hadisələri olmasaydı, hər şey qat-qat konstruktiv olardı. Vaxtilə Qarabağ məsələsinin həllinin açarı Rusiya Federasiyasının əlində idi, amma indi Moskvanın mövqeyi o qədər çətindir ki, o, bu açarı itirib”, – Ter-Petrosyan bildirib.

Onun sözlərinə görə, dünyada mövcud vəziyyət Karib böhranından da pisdir.

Ermənistanın birinci prezidenti Rusiya, ABŞ və Avropa İttifaqının Qarabağ münaqişəsinin həllindəki imkanlarını müqayisə edərək, Ukraynadakı vəziyyətə görə Moskvanın potensialının zəiflədiyini vurğulayıb.

Sabiq dövlət başçısı deyib ki, ABŞ və Avropa İttifaqının imkanı var ki, Ermənistanın vəziyyətinin daha pisləşməsinə yol verməsin. Amma hər şey Vaşinqton və Brüsselin Ukrayna məsələsində nə dərəcədə ciddi iştirak etməsindən asılıdır.

“ABŞ-ın imkanı var ki, vəziyyətimizin daha da çətinləşməməsi və bizim üçün az-çox məqbul bir həll yoluna gəlməmizə yardım etsin. Ukrayna ilə müharibə səbəbindən Rusiyanın imkanları xeyli zəifləyib.

Ölkə çətin və ağrılı qərarlar qarşısındadır. Bununla belə, bunun alternativi yoxdur”.

Ter-Petrosyan onu da əlavə edib ki, hazırda İrəvanın “Dağlıq Qarabağ” işlərində iştirakı humanitar yardımın göstərilməsi və iqtisadiyyatın bərpası ilə məhdudlaşır.

“Ermənistan artıq Qarabağ məsələsində ciddi rol oynamır, onun səsvermə hüququ yoxdur”, – keçmiş prezident bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182627

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930