ABŞ-dan Azərbaycan və Ermənistana növbəti ÇAĞIRIŞ

27.09.2022 - 12:08

“Hər iki tərəfi bir araya gətirmək bizim üçün vacib idi”.

 

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays ötən gün keçirdiyi mətbuat konfransında dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə görüşünə dair suala cavabında deyib.

 

“İki nazirlə söhbətlər olub. Bu, iki xarici işlər nazirlərinin son sərhəd hadisələrindən sonra keçirdiyi ilk üz-üzə görüş idi. Hər iki nazirə atəşkəs rejiminin saxlanmasının, sakitliyin qorunmasının vacibliyi qeyd edilib. Biz davamlı atəşkəsə və sülh yolu ilə həllə sadiqik. Biz hər iki xarici işlər nazirinə bildirdik ki, Amerika ikitərəfli, çoxtərəfli şəkildə əlaqələri dəstəkləməyə hazırdır. Buraya Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin liderləri bir araya gətirmək səylərinə dəstəyimiz daxildir.

 

Həmin görüş zamanı onlar irəliyə doğru ən yaxşı yolu müzakirə ediblər. Biz Ermənistanla Azərbaycan arasında bütün həll edilməmiş məsələləri sülh danışıqları yolu ilə həll etməyə çalışırıq. Gücdən istifadə məqbul yol deyil. Çünki bu münaqişənin hərbi yolla həlli yoxdur”, – deyə ABŞ rəsmisi Azərbaycan və Ermənistana çağırış edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=182666

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930