Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin təfərrüatını açıqlamaqdan imtina etdi-VİDEO

24.11.2022 - 16:30

“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər problemləri kimi sülh müqaviləsinin imzalanması məsələsi də çox həssas xüsusiyyət daşıyır”.

Bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

O, news.ru saytının jurnalisti Sona Rüstəmovanın Qarabağın “statusu” məsələsinə baxılmasının təxirə salınmasını özündə ehtiva edən sülh müqaviləsi ilə bağlı Rusiyanın təklifləri haqqında sualını cavablandırıb.

Zaxarovanın sözlərinə görə, konkret razılaşmalar ortaya çıxmazdan əvvəl tərəflərin mövqelərini şərh etmək düzgün deyil.

Diplomat həmçinin xatırladıb ki, Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev ötən həftə İrəvanda olub. Səfəri çərçivəsində o, Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb, hazırda isə Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. Bu təmaslar zamanı digər məsələlərlə yanaşı, sülh müqaviləsi məsələsi də müzakirə olunur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185656

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930