Lavrov: “Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində olub”

01.12.2022 - 16:36

Qərb ölkələri ATƏT-in Minsk Qrupunu məhv etdikdən sonra Rusiya Federasiyasının Ermənistanla Azərbaycan arasındakı münasibəti yaxşılaşdırmaq üçün vasitəçilik səylərinə müdaxilə etməyə çalışsalar da bu, nəticəsiz qalır.

Cumhuriyyet.az xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Erməni həmkarlarımız bəzən Minsk qrupunun adını çəkəndə biz onlara deyirik ki, bu sual bizə yox, ABŞ-a, Fransaya və təbii ki, Azərbaycana ünvanlanmalıdır, çünki Azərbaycanın iştirakı olmadan hər hansı vasitəçilik səyləri mənasızdır”, – deyə Lavrov bildirib.

Lavrov Praqa bəyanatının mətninə diqqət çəkib. Sənəddə bildirilir ki, delimitasiya prosesi və sülh müqavilələri üçün BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq tanınan sərhədlər əsas götürülməlidir.

“Bəyannamədə qeyd olunur ki, bütün ittifaq respublikaları Müstəqil Dövlətlər Birliyini təşkil edir və İttifaq respublikaları arasında mövcud olan sərhədlərin toxunulmazlığını təsdiqləyir. O zaman Dağlıq Qarabağ Muxtar Vilayəti birmənalı olaraq Azərbaycan SSR-in tərkibində idi…”, – deyə Lavrov söyləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=185938

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930