“Piketi müşahidə adı altında insanların qanunsuz toplantısı planlaşdırılır” – Qüdrət Həsənquliyev

04.10.2019 - 11:48

qudrethesenquliyevBütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Bakı Şəhəri İcra Hakimiyyətinin Milli Şuranın piketinə icazə verməsi ilə bağlı partiyanın mətbuat xidmətinin sorğusunu cavablandırıb.

BAXCP sədri deyib ki, piket keçirmək hər bir siyasi qüvvənin təməl haqqıdır: “Çox yaxşı, bu, onların konstitusion hüququdur. Amma məni təəccübləndirən o oldu ki, qanunun aliliyi uğrunda mübarizə apardığını bəyan edən şəxslər insanları çağırır ki, gəlin piketi müşahidə edin.

Qanuna görə, 50 nəfərdən çox adam piketə qatılarsa, bu, artıq qanunun tələblərinin pozulmasıdır. Deməli, piketi müşahidə adı altında insanların kütləvi, qanunsuz toplantısı planlaşdırılır. Bu isə həmin ərazidə qanunsuz aksiya olması və nəqliyyatın hərəkətini pozacağına görə polisin müdaxiləsinə səbəb olacaq.

Kənar şəxslərin ora toplanmasının qarşısını almaq əvəzinə, əhalini piketi müşahidə etmək adı altında aksiyaya çağırmaq, sadəcə siyasi dələduzluqdur. Sözsüz ki, baş verəcəklərə görə də, məsuliyyəti bu cür çağırış edənlər daşımalıdır. Ona görə də, Bakı Şəhəri İcra Hakimiyyəti və Baş Polis İdarəsi təşkilatçıları bu barədə xəbərdar etməlidir. Mən də millət vəkili olaraq insanları qanunlara hörmət etməyə, təxribatlara uymamağa çağırıram”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
« Sen    
 123456
78910111213
14151617181920
21222324252627
28293031