Azərbaycan Namibiya ilə diplomatik əlaqələr qurur

18.10.2019 - 13:08

4dec8a45-d1bc-4e73-8505-35ecf802274cAzərbaycan Namibiya Respublikası ilə diplomatik əlaqələr qurur.

Azərbaycanın Efiopiyadakı səfirliyindən “Report”a verilən məlumata görə, oktyabrın 17-də Əddis-Əbəbə şəhərində “Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike” imzalanıb.

Sənədi Azərbaycan tərəfindən səfir Elman Abdullayev, Namibiya tərəfindən isə səfir Emilia Mkusa imzalayıblar.

E.Abdullayev Azərbaycanın Afrika ölkələri ilə ikitərəfli, eləcə də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıraraq Namibiyanın Afrikanın inkişaf etmiş dövlətlərdən biri olduğunu bildirib.

E.Mkusa da, öz növbəsində, ölkəmizin uğurlu inkişaf yolunu yüksək qiymətləndirərək Azərbaycanı Afrika ölkələrinin etibarlı tərəfdaşı olduğunu xüsusi olaraq vurğulayıb.

Saziş imzalandıqdan sonra Azərbaycan Respublikasının diplomatik münasibətlər qurulmuş Afrika ölkələrinin sayı 51-ə çatıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=134875

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930