Bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 12-yə çatıb – SİYAHI

07.11.2019 - 17:15

f63141f9-f6f3-441e-a8d3-d4c56ea3222cMərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycanda dekabrın 23-nə təyin olunan bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən daha bir siyasi partiyanın səlahiyyətli nümayəndəsinin qeydiyyata alınması məsələsinə baxılıb.

İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsi qeydə alınıb.

Bununla da seçkilərdə iştirak edəcək partiyaların sayı 12-yə çatıb.

Qeyd edək ki, bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, “Ana Vətən” Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.

Xatırladaq ki, dekabrın 23-də respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=136091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930