“Amerika ilə danışıqlar tamamilə lazımsızdır” – Kim Çen Inın bacısı

10.07.2020 - 16:42

Şimali Koreya lideri Kim Çen Inın kiçik bacısı və Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin müavini Kim Yo Çjon ilin sonuna kimi ABŞ ilə hər hansı görüş keçirilməyəcəyini bəyan edib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, 2020-ci ilin sonunadək iki ölkə başçısı arasında görüş olmayacaq.

“Kim deyirsə ki, sammit mütləq lazımdır, böyük ehtimalla o, Amerika tərəfdarıdır. Bizim üçün isə tamamilə qeyri-praktik və lazımsızdır” – Kim Yo Çjon deyib.

Kim Çen Inın bacısı nüvəsizləşdirmə əvəzində sanksiyaların götürülməsi siyasətini KXDR-ə qarşı düşmən münasibətin dayandırılması siyasətinə dəyişməyə çağırıb. Onun sözlərinə görə, Pxenyan ABŞ-a vəd etdiyi “Yeni il hədiyyəsi”ni hələ etməyib, lakin ABŞ bu “hədiyyə”ni noyabrda prezident seçkisi öncəsi ala bilər.

https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png https://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: https://www.cumhuriyyet.net/?p=149639

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2020
BE ÇA Ç CA C Ş B
« İyl    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31