Qarabağ üçün 2+2 formatı – müharibədən qaçmağın tək yolu

01.09.2020 - 11:05

Vasitəçilikdə balans işğalçının xeyrinə qaldıqca bölgədə ədalətli sülh əlçatmaz olacaq; rusiyalı politoloq: “Türkiyə Azərbaycanı yalnız sözdə deyil, əməldə də dəstəkləməyə hazırdır…”

İlin 8 ayı arxada qaldı. Kövrək gözləntilərə rəğmən, 2020 də Dağlıq Qarabağ konfliktinin dinc həllində dönüş ili ola bilmədi. Hər halda, qalan 4 ay ərzində möcüzə gözləməyə dəymir. Münaqişə ətrafındakı situasiya, regional və beynəlxalq şərtlər məhz belə bir pessimist qənaəti diktə edir.

ATƏT-in Minsk Qrupu formatında nizamlama prosesini irəli aparmağın perspektivsizliyi ortadadır. Maraqlıdır ki, bunu ötən həftəsonu Minsk Qrupunun ABŞ-dan olan sabiq həmsədri, Birləşmiş Ştatların ölkəmizdəki keçmiş səfiri Metyu Brayza da etiraf edib. Brayza həmçinin təklif verib. O, həmsədrlik institutu əvəzinə, münaqişənin həllini Rusiya, Türkiyə, Azərbaycan və Ermənistana həvalə etməyi məsləhət görüb.

Bunu 2+2 formatı da adlandırmaq olar və indiyədək belə bənzər təkliflər səslənib. Brayzanın fikrində məntiq var. Əvvəla, təcrübə göstərir ki, vasitəçi nə qədər çoxdursa, hansısa problemin çözümü bir o qədər uzun çəkir, qəliz olur. Çünki hər vasitəçinin nizamlama prosesi ilə bağlı özəl marağı olur. İkincisi, qardaş Türkiyənin vasitəçiliyə qoşulması ilə nizamlama prosesinə bir tarazlıq gələcək və işğalçı əvvəlki kimi status-kvonu, yəni işğal rejimini süni surətdə uzada bilməyəcək. Üçüncü yandan, əgər Rusiya Ermənistana güclü təsir rıçaqına malikdirsə, Ankara da Bakının yanında mühüm söz sahibidir. Demək, böyük sülh üçün zəmin daha tez hazırlana bilər. Yetər ki, Qarabağ münaqişəsinin həllində hamılıqla beynəlxalq hüququn təməl prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qəbul etdiyi 4 məlum qətnaməsinə və digər mötəbər beynəlxalq təşkilatların konfliktlə bağlı qərarlarına istinad edilsin. Rusiya daha “nala-mıxa” vurmasın.

*****

Bu xüsusda məsələyə bir qədər fərqli rakursdan yanaşan təhlilçilər də var. Məsələn, politoloq Tofiq Abbasov hesab edir ki, nəzəri baxımdan Brayzanın fikirləri münaqişənin həllində əsaslı dönüş yarada bilər, lakin diplomatik müstəvidə mümkün görünmür (Axar.az). Onun fikrincə, keçmiş həmsədrin Ankara və Moskvanın diplomatik vakuumu doldura biləcəyi və bunun sayəsində iki tərəfi – Bakı və İrəvanı danışıqlar masasına oturdacağı fikri mübahisəlidir.

“Bu, əslində Türkiyənin münaqişənin həllində vasitəçi qismində iştirakının nə dərəcədə vacib olduğunu göstərir. Çünki faktiki olaraq nə ABŞ, nə Fransa, nə də Rusiya tərəfsiz mövqedən çıxış edir. Xüsusilə Fransa və Rusiya Ermənistandan yana mövqe sərgiləyir. Türkiyənin həmsədr dövlət olması isə şübhəsiz, münaqişənin həllində müsbət bir nəticə əldə edilməsinə gətirib çıxaracaq”, – deyə o qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud beynəlxalq vasitəçilik mexanizmini dəyişdirmək məsələsinin uzun müddətdir gündəmdə olduğunu xatırladan Tofiq Abbasov bunun əsas səbəbi kimi konfliktin nizamlanması istiqamətində həmsədrlərin fəaliyyətinin yarıtmaz olmasını göstərib.

“Azərbaycan bununla heç cür barışa bilməz. Rəsmi İrəvan bir qayda olaraq münaqişəni gərginləşdirməyə çalışır. Lakin həmsədrlər Ermənistanın bu və digər təxribatlarına qarşı effektiv addım atmırlar. Həmsədrlərin məsələyə yanaşması heç bir siyasi məntiqə sığmır. Əgər biz bu gün vasitəçilikdən söhbət ediriksə, bu, son dərəcə taraz və balanslaşdırılmış olmalıdır. Hazırkı mexanizm bizi qane etmir”, – politoloq əlavə edib.

*****

2+2 formatı bəlkə də yeganə və sonuncu formatdır ki, konfliktin dinc yolla nizamlanması yönündə, nəhayət, ciddi dönüş yaransın. Əks halda, regionda böyük müharibə qaçılmaz olacaq və bu zaman Rusiya və Türkiyənin toqquşması da istisna deyil. Bunu isə yəqin ki, nə Moskva, nə də Ankara arzulayır.

Əfsus ki, proseslər məhz hərb variantına yön alıb. Çünki Ermənistan öz qonşularına qarşı təxribatçı və avantürist siyasətini davam etdirməkdə, işğalçının əsas havadarı Rusiya əvvəlki kimi “bulanıq suda balıq tutmaqda”, Türkiyə isə bölgədə real olaraq möhkəmlənməkdə və öz gücünü göstərməkdədır.

“Ermənistan-Azərbaycan münaqişəsinin həlli yalnız ikitərəfli təmaslar yolu ilə mümkündür”.

Bunu isə rusiyalı şərqşünas, Moskvadakı Müasir Türkiyənin Öyrənilməsi Mərkəzinin direktoru Yuri Mavaşev bildirib.

Ceyhun Bayramovun Rusiya səfəri nələri dəyişə bilər? – RƏYLƏR –  Turkustan.info

Qarabağ konfliktinin həllinə rəsmi Ankaranın təsir imkanlarından danışan mütəxəssis deyib: “Bildiyiniz kimi, bugünlərdə Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etdi. Bəllidir ki, iyul ayında tərəflər arasında hərbi qarşıdurmanın əsas fərqləndirici xüsusiyyəti onun Dağlıq Qarabağdakı təmas zonasında deyil, birbaşa Ermənistan-Azərbaycan sərhədində baş verməsi idi. Bunun ardınca Rusiyanın ”Qafqaz-2020″ təlimləri və Türkiyə-Azərbaycan hərbi təlimləri oldu. Ankara bu dəfə Azərbaycanı yalnız sözdə deyil, əməldə də dəstəkləməyə hazır olduğunu nümayiş etdirdi. Məncə, Moskva və İrəvanda təlim üçün Türkiyədən Azərbaycana o sayda hərbi texnika, xüsusən də 6 məşhur Bayraktar TB2 PUA-nın gətiriləcəyini gözləmirdilər. KTMT-nin buna reaksiyası qeyri-müəyyən oldu. Əminəm ki, bu təşkilat, faktiki, öz fəaliyyətini dayandırıb və heç nəyə təsir etmək iqtidarında deyil. Ermənistan-Azərbaycan münaqişəsinin həlli isə yalnız ikitərəfli təmaslar yolu ilə mümkündür”.

Bakı və İrəvan arasında ikitərəfli təmasların ən optimal variantı isə yenə məhz 2+2 formatıdır. Yəni Ankara və Moskvanın birgə vasitəçiliyidir…

*****

Ceyhun Bayramov və Sergey Lavrov danışıqlarda - YENİLƏNİB + FOTO/CANLI  YAYIM - Editor.az

Bu arada Ermənistanın işğalçı ordusuna çağırışçı problemi öz aktuallığını saxlamaqdadır. Bunun bir səbəbi düşmən ölkədə yaşanan demoqrafik problemdirsə, təbii əhali artımının olmamasıdırsa, digər səbəb erməni gənclərin hərbi xidmətə meylli olmaması və fərarilikdir. Şübhə yox ki, pandemiyanın ardınca sərhədlərin açılması gənc və orta yaşlı nəslin kişi cinsindən olan mənsublarının  ölkədən qaçışını yenidən sürətləndirəcək.

Görünür, bu və digər səbəbdən ordunu komplektləşdirə bilməyən Paşinyan hökuməti erməni könüllülərindən ibarət “paralel ordu” qurmaq niyyətinə düşüb. Artıq bununla bağlı qanun layihəsi də hazırlanıb. O, “Müdafiə haqqında” qanun adlanır. Hazırda onun cəmiyyətdə qızğın müzakirəsi gedir. Həmin qanuna görə, könüllü birləşmələr 100 min nəfəri əhatə etməlidir.

Sözsüz ki, qanun layihəsinin başqa məkrli hədəfləri də var.    

“Son günlər Ermənistanda ”könüllülər” adı altında mülki şəxslərdən ibarət hərbi qruplaşmaların yaradılması ilə bağlı qərarlar qəbul edilir. Bu qərarları Ermənistanda demoqrafiya ilə əlaqədar mövcud olan böhranlı vəziyyətin növbəti nümunəsi kimi qəbul edirik. Bu, Ermənistanın silahlı birləşmələrini komplektləşdirməkdə çətinlik çəkdiyini göstərir”.

Hikmət Hacıyev təxliyə olunan Azərbaycan vətəndaşlarının sayını AÇIQLADI |  KONKRET

Hikmət Hacıyev

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə deyib.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi bolşeviklərə xas formada silahlı birləşmələr yaratmaq istəyir ki, bu birləşmələrdən öz çirkin məqsədləri üçün, o cümlədən ölkədaxili məsələlərdə istifadə etsin: “Ermənistan müxtəlif ölkələrdən olan muzdluları ön xətdə yerləşdirir, onlar öləndə isə bu faktları gizlədirlər. Belə təqdim edirlər ki, guya Ermənistan silahlı bölmələrində itki yoxdur. Çünki həmin şəxslər Ermənistan silahlı qüvvələrində qeydiyyatda deyillər. Ancaq hər kəs bunu yaxşı bilir. Elə Ermənistanın ictimai-siyasi dairələrinin də, mediasının da bu suallarla Ermənistan rəhbərliyinə müraciət etmələri yaxşı olardı”.

Prezidentin köməkçisi xatırladıb ki, Tovuz hadisələrində biz bir daha bunun şahidi olduq: “Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca törətdiyi hərbi avantüra və Azərbaycan silahlı qüvvələrinin rəşadətli cavabları çərçivəsində onlar o xətti şəxsi heyətlə komplektləşdirə bilmirdilər. Ona görə də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən şəxsi heyəti, həmçinin Yaxın Şərq ölkələrindən olan muzdlu insanları ön xətdə yerləşdirməyə çalışırdılar”.

PA rəsmisi onu da qeyd edib ki, Ermənistan Suriyada münaqişədə iştirak edir, həmin ölkədə şəxsi heyəti var. Bundan başqa, Ermənistan Suriyadan silahların alınması ilə bağlı “qara ticarət”lə məşğuldur.

Əlbəttə ki, işğalçı ölkənin Rusiyaya arxayın olaraq sərgilədiyi, beynəlxalq hüquqa zidd bu cür davranışları onun Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin başqa formada davamıdır. Rusiya amili Türkiyə faktoru ilə tarazlaşdırılan kimi, cırtdan və marionet Ermənistanın başından böyük ambisiyalarının da sonu gələcək və o, bölgədə layiq olduğu statusu alacaq…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930