Moskva ilə Bakının münasibətlərinin soyuq olması kimin xeyirinədir?

02.09.2020 - 10:06

Tofiq Abbasov: “Rusiya ilə elə ortaq layihələri var ki, onların dəyəri Ermənistanın qiymətindən üstündür”

Moskva və Bakı Ermənistana silah göndərilməsi məsələsinə görə Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluğun tezliklə aradan qaldırılmasına tərəfdarı kimi görünür. Hər iki tərəf ermənilərlə görə münasibətlərin pisləşməsini istəmir. Siyasi analitiklər hesab edir ki, Azərbaycanla Rusiya arasında  soyuqluqdan ermənilər yararlanır.

Bu barədə “Yeni Müsavat”a şərhində politoloq Tofiq Abbasov bildirdi ki, Tovuz döyüşləri zamanı Moskvanın Ermənistana dəstək verməsindən sonra Azərbaycan-Rusiya münasibətlərində yaşanan soyuqluq hələ tam aradan qalxmayıb. Soyuqluq hələ də müşahidə olunur. Əgər vəziyyəti tarazlamaq, istiləşdirmək cəhdlərindən danışırıqsa, bu istiqamətdə əsas iş Rusiyanın üzərinə düşür. Çünki münasibətlərin soyuqlaşması Rusiyanın üzündən baş verib: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkə olduğu halda daim çalışıb ki, Ermənistana açıq və gizli hərbi dəstək versin. Bu addımları atıb eyni zamanda Azərbaycanla strateji tərəfdaşlıq etmək təbii ki, çox da uzun müddət davamlı ola bilməz. Azərbaycanla tərəfdaşlıqdan ilk növbədə Rusiya yararlanır. Buna baxmayaraq, ən həssas məqamlarda Ermənistana dəstək verirsə, Azərbaycan əlbəttə bundan narahat olmalı və münasibətlər soyuqlaşmalı idi. Belə də oldu. Ona görə də münasibətlərin soyuqlaşmasına səbəb olan tərəfin üzərinə daha böyük məsuliyyət düşür ki, münasibətləri istiləşdirsin”.

Tofiq Abbasov: “AŞPA-da ikili standartlar tətbiq olunur”

Analitik qeyd etdi ki, Rusiya-Azərbaycan münasibətlərinin soyuqlaşması nə Rusiyanın, nə də Azərbaycanın maraqlarına xidmət edir. Münasibətlərin soyuqlaşmasından Ermənistan yararlanmağa çalışır: “Ona görə də gərək hər iki tərəf, ilk növbədə Rusiya münasibətləri yoluna qoymaqda maraqlı olmalıdır. Rusiya ilə elə ortaq layihələri var ki, onların dəyəri Ermənistanın qiymətindən üstündür. Bunu yəqin ki, Kreml də bilməmiş deyil. Məsələn, Şimal-Cənub Nəqliyyat dəhlizi layihəsini göstərə bilərik. Rusiya xüsusilə bu layihəyə önəm verir. Çünki bilirsiniz ki, Avropa, Qərb istiqamətindən ümumiyyətlə Rusiyanın vəziyyəti yaxşı deyil. Belə vəziyyətdə adını çəkdiyim layihə Rusiya üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan kimi tərəfdaşı itirmək Kremlin özünün maraqları üçün böyük səhvi ola bilərdi. Azərbaycan oyun qaydalarına kifayət qədər hörmət edən dövlət kimi Rusiya ilə münasibətlərində problem yaratmayıb. Soyuqluğun hansı səbəbdən baş verdiyi məlumdur. İndi Rusiya gərək çalışsın və bütün imkanlarını səfərbər etsin ki, yaranmış vəziyyətin törətdiyi fəsadlar aradan qalxsın. Bu tək Azərbaycana yox, daha çox Rusiyaya lazımdır. Azərbaycanla Rusiyanın münasibətlərinin soyuq olması isə Ermənistana lazımdır. Rusiyanı Qərbə doğru aparan dəhlizlər getdikcə daralır. Belə vəziyyətdə Rusiya siyasi elitası gərək Azərbaycanla münasibətlərin istiləşməsində maraqlı olsun”.

T.Abbasovun sözlərinə görə, belə görünür ki, Rusiyada bəzi siyasi dairələr Azərbaycanla Rusiyanın münasibətlərinin pis olmasına, Ermənistanın bu durumdan xeyir götürməsinə çalışırlar. Həmin dairələr bununla əslində həm də Rusiyanın maraqlarına qarşı hərəkət edirlər. Kreml, prezident Vladimir Putin hər halda bu siyasi dairələrin hansı oyunlar qurduğuna diqqət etməlidir və gərəkən addımları atmalıdır: “Onu da bilmək lazımdır ki, Ermənistan ümumiyyətlə, Rusiyanın ehtiyaclarını ödəyə biləcək subyekt deyil. Çünki onun nə sosial-iqtisadi gücü var, nə strateji baxımdan potensialı var. Ermənistan sadəcə Rusiyanın ayağını qoyması üçün bir kiçik torpaqdır. Rusiya yaxşı olar o dar məkanda dövlət adına çıxış edən subyektə başa salsın ki, ona görə bölgədə iki vacib dövlətlə-Azərbaycan və Türkiyə ilə münasibətlərini soyuqlaşdırmaq, dalana dirəmək niyyətində deyil. Rusiyanın Azərbaycan və Türkiyə ilə münasbətlərinin yaxşı olması Moskva üçün çox ciddi əhəmiyyət daşıyır. Rusiya istəyirsə ki, gələcəkdə Cənubi Qafqazda layiqincə təmsil olunsun, bölgənin əsas qüvvəsi olan Azərbaycanla münasibətləri tarazlamaq vacibdir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153377

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930