Lukaşenko Belarusun daxili işlərinə qarışan ölkələrin adlarını açıqlayıb

03.09.2020 - 16:03

Belarus prezidenti Aleksandr Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanın respublikanın daxili işlərinə qarışdıqlarını və etiraz aksiyalarını idarə etdiklərini söyləyib.

“Report” “Sputnik Belarus”a istinadən xəbər verir ki, dövlət başçısı xarici təsirin Belarusun vəziyyətinə böyük təsir göstərdiyini də vurğulayıb.

A.Lukaşenkonun sözlərinə görə, Belarus ünvanına yönələn hər bir “mənfi hərəkət”ə reaksiya göstərir. “Bizim üçün ən başlıcası, atəşin Minskdə alovlanmasının qarşısını almaqdır. Çünki hər zaman belə olur: alov paytaxtdan başlayaraq bütün ölkəyə yayılır”, – o deyib.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. Seçki məntəqələri bağlandıqdan sonra respublikada nəticələrin saxtalaşdırılmasına qarşı icazəsiz etirazlar başlayıb. Etiraz aksiyaları zamanı polis və daxili qoşunlar nümayişçilərə qarşı gözyaşardıcı qaz, səsli qumbara və rezin güllələrdən istifadə edir.

Ardından ölkənin ən böyük sənaye müəssisələrində etiraz tətili başlayıb, işçilər yeni seçkilərin keçirilməsini və nümayişlərdə nümayişçilərə qarşı sərt davranışa son qoyulmasını tələb ediblər. Müxalifət namizədlərinin hamısının qərargahı seçkinin nəticələrini tanımadıqlarını açıqlayıb.

Latviya, Litva və Estoniyada prezident seçkilərindən sonra yaranmış vəziyyətə görə Lukaşenko və digər 29 məmurun ölkəyə girişinə qadağa qoyulub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=153553

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930