Paşinyan xalqı təslim olmağa hazırlayır

28.10.2020 - 10:36

Deputat: “Baş nazir məğlubiyyətin məsuliyyətini xalqın üzərinə yükləməyə cəhd edir”

Azərbaycanın müzəffər Ordusu torpaqlarımızı işğaldan azad etdikcə, Ermənistan rəhbərliyi məğlubiyyətin qaçılmaz olduğunu dərk etməyə başlayır. Artıq işğalçı ölkənin baş naziri Nikol Paşinyan kompromislərə hazır olduqlarını dilə gətirir. Oktyabrın 26-da Nikol Paşinyan özünün “Facebook” səhifəsində birbaşa çıxışında bildirib ki, erməni xalqı kompromisə hazırdır: “Azərbaycan həmişə daha çox istəyib. Erməni xalqı kompromislərə hazırdırmı? Düşünürəm ki, bəli, erməni xalqı hətta ağrılı kompromislərə hazırdır”.

Eyni zamanda Paşinyan iddia edib ki, erməni xalqı heç vaxt təslimçiliyi qəbul etməyəcək. Erməni baş nazir qeyd edib ki, resurslar əldə edib öz maraqlarımızı qorumalıyıq. N.Paşinyanın sözlərinə görə, onun ölkəsi elə situasiya yaratmalıdır ki, Azərbaycanın tələbi təslim olmaq yox, kompromis olsun.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının şöbə müdiri Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın bu müharibədə ölkəsinin uduzduğunu, özünü isə acı sonluğun gözlədiyini bilir. Ona görə də özünü xilas etmək üçün məğlubiyyətin məsuliyyətini öz üzərindən atmağa və erməni xalqının üzərinə yükləməyə çalışır. Son günlər etdiyi çıxışlarından bu açıq görünür: “Xatırlayırsınızsa, 27 sentyabrda müharibə başlayandan az sonra Ermənistan parlamentində çıxışında Nikol Paşinyan deputatlara üzünü tutaraq demişdi ki, onlar istəyirlərsə, müharibə elə bu gün başa çatar, bunun üçün torpaqlar Azərbaycana qaytarılmalıdır. Hətta Paşinyan deputatlara buna razıdırlarsa, məsələnin dərhal həll olunacağını sual şəklində demişdi. Paşinyan yaxşı bilirdi ki, deputatlar ”razı deyilik” cavabını verəcəklər. Belə də olmuşdu. Paşinyan gələcək məğlubiyyətin məsuliyyətini deputatların üzərinə qoymaq və gələcəkdə parlament qarşısında çıxışında “Mən vaxtında sizə demişdim, siz razı olmadınız, nəticədə həm Azərbaycan torpaqları aldı, həm də minlərlə əsgərimiz öldü, milyardlarla dollar ziyana düşdük” kimi özünə bəraət üçün parlamentdə həmin sualı qoymuşdu. İndi isə məsuliyyəti xalqın da üzərinə yükləməyə cəhd edir. İşğalçı ölkənin baş naziri Azərbaycan qarşısında məğlub olduğunun fərqindədir. Qarabağ müharibəsində ağır itkilər verən və bütün cəhdlərinə baxmayaraq, beynəlxalq aləmin dəstəyini qazana bilməyən işğalçı Ermənistanın terrorçu rəhbərliyi ağ bayraq qaldırmaq üzrədir. Baş nazir Nikol Paşinyanın  sərgilədiyi bu mövqe belə qənaətə gəlməyə əsas yaradır”.

Vəzifə mənə həvalə edilib" - Aydın Hüseynov

Aydın Hüseynov

Deputat qeyd etdi ki, Nikol Paşinyan artıq əvvəlki kimi “Qarabağ Ermənistandır” bəyanatlarını verə bilmir. Çünki Azərbaycan Ordusunun sarsıdıcı zərbəsi onu elə bir durumla üz-üzə qoyub ki, bu cür bəyanat verməyə taqəti qalmayıb: “Bir ay öncəyə qədər tez-tez belə deyirdi. Bir ay öncəyə qədər Paşinyan kompromisə gedə biləcəklərini dilinə gətirmirdi, heç bir kompromisə getməyəcəyini deyirdi. İndi Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı elə bir vəziyyət yaradıb ki, Paşinyan küncə sıxışıb. Ona görə də artıq nəinki kompromisdən, hətta ağrılı kompromisə hazır olduğundan danışır. Paşinyan indi deyir ki, erməni xalqı təslim olmağa hazır deyil. Onun bu fikrinin də əksinə olaraq təslim olduqlarını etiraf etməsinə çox qalmayıb. Azərbaycan Ordusu Paşinyanı ”Təslim olmağa hazırıq” bəyanatını da verməyə məcbur edəcək. Necə ki, ağrılı kompromisə hazır olduqları barədə bəyanat verməsinə məcbur etdi. Əslində açıq-aydın görünür ki, Nikol Paşinyan özünü sığortalamaq üçün xalqını təslimçiliyə hazırlayır. Dünənə qədər “Qarabağ Ermənistandır” deyə, sərsəmləyən Paşinyan Azərbaycan Prezidentinin sərt xəbərdarlıqlarından sonra nəinki bu ifadəni dilə gətirmir, hətta “ağrılı güzəştlər”ə getməyə hazır olduğunu bəyan edir. Hansı ki, ətraf 7 rayon daxil, Qarabağın Ermənistana birləşdirildiyi barədə sayıqlamalar söyləyən də bu idi”.

A.Hüseynov onu da dedi ki, Nikol Paşinyanın bəyanatında “Azərbaycan həmişə daha çox istəyib” fikri isə tamamilə absurddur. Azərbaycanın istədiyi işğal olunmuş torpaqlarının azad olunmasıdır. Azərbaycanın yeganə istəyi budur və bu istəyini həyata keçirməkdədir: “Azərbaycanın mövqeyi aydındır. Əgər Ermənistan məsələnin sülh yolu ilə həllini istəyirsə, torpaqlardan qoşunlarını geri çəkməlidir. Prezident İlham Əliyev bəyan edib ki, konstruktiv yanaşma ondan ibarət olmalıdır ki, ermənilər baş nazirin şəxsində açıq bəyan etməlidirlər ki, baza prinsiplərini qəbul edirlər. Baza prinsipləri isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında yerləşən yeddi rayonun Azərbaycana qaytarılmasını və azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağ ərazisinə, o cümlədən Azərbaycanın qədim Şuşa şəhərinə qayıtmalarını nəzərdə tutur. Azərbaycanın bu prinsiplərə razı olmasının özü Azərbaycanın güzəştidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156693

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30