Ermənistan üçün sözü qanun olan ölkələr – onlar niyə susur?

29.10.2020 - 10:20

Politoloq: “Sülh çağırışı edənlər mövcud imkanından istifadə etmirsə, deməli, əslində sülhün olmasını istəmir”

Prezident İlham Əliyev Azərbaycan xalqına sonuncu müraciətində bəyan etdi ki, işğalçı Ermənistanın havadarları onlara bir kəlmə desə ki, “Azərbaycan torpaqlarından çıx”, Ermənistan  həmən çıxar. Azərbaycan Prezidentinin heç bir bəyanatının, sözünün elə-belə deyilmədiyi hər kəsə məlumdur. İlham Əliyev faktlara, informasiyalara əsaslanaraq fikirlərini ifadə edir. İndi xatırlatdığımız fikirlərinin də informasiyaya, dəqiq qənaətə əsaslandığı şübhəsizdir.

Bəs o ölkələr hansılardır? Hansı ölkənin sözü Ermənistan üçün qanundur? Rusiyamı, Amerikamı, Fransamı? Yoxsa Soros Fondunun?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, bu günə qədər Dağlıq Qarabağ məsələsində Ermənistanın yanında olan, onu dəstəkləyən, problemin Ermənistanın maraqları çərçivəsində həllini istəyən, əks halda isə müddətsiz dondurulmasını çıxış yolu kimi görənlərin adları çoxdan məlumdur. Bunların içində müxtəlif təşkilatlar, ayrı-ayrı siyasətçilər və konkret olaraq dövlətlər də var: “Dövlətlər içində isə əsas adları çəkilən Fransa və Rusiyadır. Fransanın Azərbaycana birbaşa təzyiq imkanları məhduddur, amma çıxışlarında, bəyanatlarında Azərbaycan əleyhinə çağırışlar həmişə olub. Rusiya isə görüntüdə hər zaman özünü tərəfsiz göstərib, hər iki dövlətlə strateji tərəfdaş olduğunu bildirib. Lakin fəaliyyətində isə  torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasında birbaşa rol oynayıb. Məsələ Rusiyanın Ermənistana əvəzsiz silah verməsi ilə bitmir. Belə görünür ki, illər ərzində Rusiya problemin həllini istəmədiyindən tərəflər arasında anlaşma alınmırdı. 90-cı illərin sonuna yaxın Levon Ter-Petrosyanın prezidentliyi dövründə tərəflər anlaşmaya və problemin həllinə çox yaxın olublar. O zaman bu həlli istəməyən güclər Ermənistan parlamentində terror törətdilər və parlament sədri, deputatlar güllələndilər. Ter-Petrosyan hakimiyyətdən getdi  və Rusiyaya yaxınlığı ilə seçilən Robert Köcəryan hakimiyyətə gəldi. O dövrdə də Rusiyanın tək istəyi kifayət edərdi ki, Ermənistan sülhə gəlsin və işğal olunmuş torpaqları qaytarsın. Amma bu olmadı. Əksinə, Ermənistanının hərbi cəhətdən daha da gücləndirilməsinə start verildi”.

Elşən Mustafayev: “Müxalifətçiliyi monopoliyaya almaq yolverilməzdir” -

Politoloq Elşən Mustafayev

Politoloqun sözlərinə görə, hazırkı vəziyyətdə Rusiya yenə də özünü tərəfsiz göstərməyə çalışsa da hiss olunur ki, gedişatdan narazıdır: “Hesab edirəm ki, hazırda Kremlin məsələnin üzərinə açıq getməməsinin əsas səbəblərindən biri iki ilə yaxındır ki, Paşinyan hakimiyyəti ilə qarşıdurmada olmasıdır. Amma buna baxmayaraq, Rusiya post-Paşinyan dövrünün olacağı variantını göz önünə alaraq erməniləri incitmək istəmir  və köməkliyi hələlik öz istədiyi ölcüdə və şəraitdə etməkdə davam etdirir. Belə olmasaydı Azərbaycan çoxdan işğal olunmuş ərazilərini tam  azad edərdi. Amma məsələ ondadır ki, Azərbaycan onsuz da ərazilərini azad edir və  bunu davam etdirəcək. Bu bizim üçün həlli mümkün olan və həyata keçirilməsində qərarlı olduğumuz məsələdir. Amma Rusiya istəsə Ermənistanı geri çəkər və bu məsələ bir neçə günə öz həllini tapar və nəticədə insan tələfatı, xüsusilə erməni tərəfinin verdiyi böyük itkilər olmaz. Sülhə xidmət edən ən böyük iş də bu olar. ”Havadarlarının bir kəlmə sözü ilə ermənilər ərazimizdən çıxar” ifadəsini söyləyərkən Prezident İlham Əliyev əslində məsələni çılpaqlığı ilə söyləyib və açıq şəkildə mesaj verib. Yəni sülh çağırışı edənlər mövcud imkanından istifadə etmirsə, deməli, əslində sülh istəmir.  Düşünürəm ki, Prezidentin verdiyi mesajın ünvanı ilk olaraq Rusiyadır. Çünki  Ermənistana təzyiq imkanı olan, ayaqda qalmasına səbəb olan əsas dövlət hazırda Rusiyadır. Bu mesaj eyni zamanda Fransaya da aid edilə bilər. Çünki Ermənistanın haqsız mövqeyini haqlı kimi dünyaya yaymağa cəhdlər edən, Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasının başında gedən Fransadır. Onun da Ermənistana təsir imkanları Rusiya qədər olmasa da az deyil”.

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Politoloq Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, müəyyən güclər Ermənistanı müharibəni davam etdirməyə məcbur edirlər: “Prezident İlham Əliyev də qeyd edib ki, Ermənistana silahların verilməsi müharibənin davam etdirilməsinə hesablanıb. Düşünürəm ki, Ermənistana ən çox təsir edən Rusiya və Fransadır. Bu ölkələrin, əsasən də Rusiyanın bir işarəsi bəs edər ki, Ermənistan silahı yerə qoysun. Çünki Paşinyan nə qədər Rusiya ilə soyuq münasibətdə olan şəxs olsa belə, Ermənistan Rusiyanın oyuncağıdır.

Hazırda Ermənistana yüksək dərəcədə təsir edən Rusiyadır və biz görürük ki, Ermənistana yalnız böyük partiya silahlar Rusiyadan verilir. Düşünürəm ki, əgər Rusiya Paşinyana desə ki, atəşi dayandır, işğal altında olan torpaqlardan çıx, dərhal bunu edər”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156712

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30