“Diplomatik korpus və xarici jurnalistlər ermənilərin Qarabağı necə dağıtmasını görməlidir” – Ekspert

03.11.2020 - 10:37

“Dünya gəlib işğaldan azad edilən ərazilərə baxsın ki, ermənilər necə vəhşi toplumdur”

Ermənistanın terrorçu dövlət olması, eyni zamanda ermənilərin necə vəhşi millət olmasının sübutu ortadadır. 27 ildir ermənilərin işğalında olan kənd və şəhərlər azad olunduqca orada daş-daş üstə qalmadığı bir daha bəlli olur. Ermənilər Azərbaycan kəndlərini talan ediblər, yandırıblar.

Ekspertlər hesab edir ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatların, medianın və s. nümayəndələrini ermənilərin viran qoyduqları həmin kəndlərə, şəhərlərə aparmalı və göstərməlidir. O zaman görəcəklər ki, ermənilər necə vəhşi toplumdu. İşğal olunan ərazilərdə evlərin sökülüb, yerlə bir edilməsi müharibədə “yanmış torpaq taktikası” adlanır, 1977-ci il Cenevrə konvensiyasının 1-ci protokolunun 54-cü maddəsi ilə qadağan olunmuş, insanlığa zidd hərəkətdir. Bu məsələni də Ermənistana qarşı qaldırmaq olarmı?

Siyasi analitik Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, 20-ci əsrin qanlı müharibələri “silahlı münaqişələr dövründə müharibə hüququ” kimu tətbiq edilən bir hüquq anlayışının meydana çıxmasına zəmin yaradıb: “Bütün dövlətlərin münaqişələr və müharibələr zamanı  müharibə qanun və adətlərinin tətbiqinə cəlb edilməsi baş verdi. Haqqında geniş danışılan və ən əsası Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri beynəlxalq humanitar hüquq adlandırdığımız ”Silahlı münaqişələr zamanı tətbiq olunan, döyüşlərin aparılmasının müəyyən  üsul və metodlarının tətbiqi”ndə qadağan edilir. Bu, silahlı münaqişə zamanı fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusudur. Beynəlxalq humanitar hüquq düşmən tərəfə, müharibənin məqsədinə uyğun gəlməyən ziyan vurulmasını, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayətləri, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını qadağan edir.

Ermənistan beynəlxalq hüquqla paralel humanitar hüququ da pozub.

Beynəlxalq humanitar hüququn pozulmasının 2 əsas bəndi Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparılmasıdır.

Digər bənd isə işğal altında olan və müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların və ya yaşayış evlərinin dağıdılmasını qadağan edir.

Burada xüsusilə dini binalar, məscid, kilsə, məbəd, sinaqoqluq, elmi-təhsil binaları ali və orta məktəb, incəsənət binaları muzey, sərgi və qalereya, tarixi abidələr, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən vurulan ziyanları qadağan edilir”.

Ekspert vurğuladı ki, beynəlxalq humanitar hüquq bu müharibə cinayətlərini “beynəlxalq cinayət” statusu kimi tanıyır və bütün dövlətlər tərəfindən cəzalandırılması mütləq olan hüquqi adət hesab edir: “Yəni Ermənistanın Azərbaycana münasibətdə müharibə qanunlarını pozması tək Azərbaycanın hüquqi məhsuliyyəti və ya təqib öhdəliyi deyil, Cenevrə konvensiyalarını ratifikasiyə edib-etməməsindən asılı olmayaraq beynəlxalq humanitar hüququ qəbul edən bütün dövlətlərin məsuliyyəti və öhdəliyi deməkdir.

Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir.

Azərbaycan hökuməti diplomatik korpus təmsilçilərini, beynəlxalq media nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini işğaldan azad olunmuş ərazilərə aparıb, Ermənistanın beynəlxalq humanitar hüququ necə vandalcasına pozduğunu əyani şəkildə göstərsə, bunun ciddi effekti olar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=156827

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031