Nikol Paşinyan ABŞ-ın yeni prezidentindən kömək istədi

09.11.2020 - 10:15
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasından namizəd olmuş Co Baydenə təbrik məktubu göndərib.

Anews.az Unikal.orga istinadən xəbər verir ki, Paşinyan qələbəsi hələ rəsmən təsdiqlənməmiş Baydeni təbrik edərək, onun uzun illərdə təcrübə qazandığını vurğulayıb və biliyinin ABŞ-ı tərəqqiyə aparacağını qeyd edib. Ermənistanın Baş naziri Baydeni hələ seçki dönəmində namizəd kimi verdiyi vədləri də xüsusi vurğulayaraq, demokratların namizədinin Qarabağda müharibənin dayandırılması üçün addımlar atacağına ümid etdiyini deyib. Paşinyan əslində bununla Baydenin ermənilərə verdiyi vədlərə əməl etməsinə eyham vurub.

Paşinyan əvvəllər də bir neçə dəfə Rusiya, Fransa prezidentlərinə, habelə ABŞ-ın hazırkı dövlət başçısına müraciət edərək Dağlıq Qarabağ münaqişəsində Ermənistana kömək etmələrini istəyib. Lakin rədd cavabı alıb.

ABŞ-ın Demokratlar Partiyasının namizədi Co Baydenin prezident seçkilərində qələbə qazanması hələ rəsmi olaraq təsdiqlənməyib. Yalnız Birləşmiş Ştatların bir sıra mətbu orqanları Baydenin səs çoxluğu ilə Trampı üstələdiyini bildiriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157042

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30