‘Güzəştə getməyə imkan verməyəcəyik, Azərbaycanın yanındayıq” – Türkiyə MN

15.11.2020 - 10:45

Azerforum.com xəbər verir ki, öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib. 

“Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların Rusiya Federasiyası ilə müzakriə olunması davam edir.

Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizə, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir”, – nazirliyin bəyanatında qeyd olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157257

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2020
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30