Dağlıq Qarabağla Dnestryanı münaqişənin nə əlaqəsi?..

26.11.2020 - 10:43

Siyasəti təkcə siyasətçilər və ya diplomatlar yaratmır, bu mürəkkəb prosesə politoloqlar və jurnalistlər, siyasi və ictimai elmlərin təmsilçiləri də öz töhfələrini verirlər.

Bəzi ölkələrdə isə siyasətin bu altsistemləri arasında əsl simbioz baş verir. Qarabağ probleminə bu aspketdən yanaşanda əvvəlcə onu qeyd etmək lazımdır ki, hazırda prosesin ən aparıcı vektoru Rusiyadır və o üzdən də biz ilk növbədə rusiyalı siyasətçilərin, diplomatların və hərb adamlarının çıxış və bəyanatlarını izləməliyik.

Vurğulayaq ki, burada hələ ki narahatlıq və həyəcan üçün bir əsas yoxdur. Ötən həftə Rusiyanın xarici işlər və müdafiə nazirləri bölgəyə səfər etdilər. Bu səfərlər zamanı elə bir fikir, elə bir bəyanat səslənmədi ki, onlar bizdən xüsusi bir şərh və ya yozum tələb etsinlər.

Yox, belə şey olmadı. Bu azmış kimi, yenə də ötən həftə Rusiya prezidenti V.Putin Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bir bəyanat verdi. Odur ki, ümumi prosesin, xüsusən də rayonların boşaldılma qrafiki ilə bağlı güman ki, hansısa bir dəyişiklik və ya düzəliş olmayacaq – hər halda, biz buna ümid edirik. Hətta olsa belə, bu, elə də ciddi bir dəyişiklik olmayacaqdır…

Bir sözlə, Rusiyanın yüksək hakimiyyət təmsilçiləri, hal-hazırda fəaliyyətdə olan Rusiya siyasətçiləri, diplomatları və hətta hərbi xadimləri sonuncu üçtərəfli sazişin ruhuna və hərfinə sadiqdirlər və hazırda onun tələblərinin həyata keçməsinə çalışırlar. Müəyyən qədər narahatlığı və tərəddüdləri ayrı-ayrı Rusiya politoloqlarənın və yaxud da jurnalistlərinin çıxış və yazıları yarasdır.

Deyək ki, onların da çoxu sonuncu saziş ruhunda danışır və onun gerçəkləşməsinə çağırırlar. Amma burada müəyyən istisnalar da var.

Bəzi fikir adamları yenicə başlamış prosesin ümumi perspektivlərinə şübhə edir, digərləri isə açıq-aydın erməniləri müdafiə edir və hətta belə fikirlər səsləndirirlər ki, guya bunlar hələ müharibənin sonu deyil, onun bircə mərhələsinin başa çatmasıdır, – guya ki, qarşıda ermənərin əvvəlki “üstünlük”lərini qaytarmaq üçün “şansları” olacaqdır.

Bir daha təkrar edək ki, ayrı-ayrı ölkələrin mövqeyini onların siyasətçiləri, diplomatları və bəzən də hərbi strateqlari ifadə edirlər. Ona görə də müəyyən Rusiya müəlliflərinin çıxış və yazılarından heç də uzağa gedən nəticələr çıxarmaq lazım deyil. Uzağı bir fikri qəbul etmək lazımdır ki, Rusiyada söz azadlığı var və ona görə də bəzi müəlliflər bu azadlıqdan faydalana bilərlər.

Amma elə müəlliflər də var ki, onlar yaxın və uzaq xaricin media müstəvisində xüsusi bir çəkiyə malikdir, üstəgəl, bunların hətta bəzisinin Kremlin “siyasi mətbəxi”lə rabitəsi də var.

Məsələn, bugünlərdə bir rus müəllifinin belə bir fikrinə rast gəldim: “Qarabağ məsələsində artıq nöqtə qoyulub, amma Dnestryanı münaqişə hər an yenidən alovlana bilər”. Bəli, Qarabağ və Dnestryanı münaqişələr! Hətta azacıq diqqətəli oxucu soruşa bilər ki, bəs onların arasında nə əlaqə ola bilər? Burada iki həftə bundan əvvəl oxuduğum bir qeyri yazı köməyimə gəldi. Həmin yazıda deyilirdi ki, Rusiyanın bir sıra münaqişələrə münasibəti onların yerləşdikləri ərazinin hakimiyyətlərinin geosiyasi orientasiyasından asılıdır. Onlar qərbyönümlü istiqamət tutsa, bu münaqişələr Rusiya üçün strateji əhəmiyyət kəsb etməyə başlayacaq.

Bəli, əlbəttə ki, söhbət yenə də hansısa müəlliflərin rəyindən gedir, hansılar ki, Rusiyanın siyasətini müəyyənləşdirmir. “Amma niyə görə Dnestryanı münaqişə?” – doğrusu, bu sual bizə rahatlıq vermirdi və ən əsası da bizim onu hansısa Rusiya rəsmisindən dəqiqləşdirmək imkanımız yox idi.

Burada bizim yenə də köməyimizə adi bir rusiyalı analitik gəldi. Məsələ bundadır ki, bu günlərdə Moldovada prezident seçkisi başa çatdı və onu qərbyönümlü siyasətçi M.Sandu uddu. Həmin müəllif də hesab edir ki, Rusiya ilə Moldova arasında soyuqlaşma labüd olacaq.

Əlbəttə, politoloqların və ya jurnalistlərin heç də bütün proqnozları doğrulmur və nə yaxşı ki, doğrulmur! Əks təqdirdə, dünya böyük bir eksperimental laboratoriya olardı! Qarabağ münaqişəsinə gəldikdə isə, bizim Rusiya rəhbərliyinin ardıcıllığı ilə bağlı hər hansı bir şübhəmiz və ya bunu sübut edəcək tutarlı dəlilimiz yoxdur, əksinə, görünən budur ki, Rusiya prezidenti V.Putin də həy şeyi edir ki, son razılaşmanın tələbləri kağız üzərində qalmasın…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=157753

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031