Elxan Şahinoğlu: “Ola bilsin bizi təkləməyə çalışacaqlar”

08.01.2021 - 10:32

Politoloq hesab edir ki, Co Bayden administrasiyası Qarabağ məsələsi ilə bağlı fəallaşmağa  və təşəbbüsü ələ almağa çalışsa…

Yanvarın 20-də Co Baydenin inauqurasiya mərasimi olacaq və həmin gündən o, ABŞ prezidenti kimi fəaliyyətə başlayacaq. Co Baydenin fəaliyyətə başlamasından sonra Amerikanın Qarabağ məsələsində aktivləşəcəyi proqnozları verilir. Bəs bu zaman Qarabağın statusu məsələsi gündəmə qayıda bilərmi?

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, ABŞ kimi böyük dövlətlər Dağlıq Qarabağın statusunın qısa müddətdə müəyyənləşməsini istəyə bilərlər. Lakin Azərbaycan mövqeyini artıq ortaya qoyub, status məsələsi yoxdur: “Müharibədən öncə Azərbaycan prezidenti təklif edirdi ki, Dağlıq Qarabağa yüksək model verilə bilər. İllərlə bu təklif səsləndirildi. Amma qarşı tərəf reaksiya vermirdi və müstəqillikdən dəm vururdular. Azərbaycan müharibədə qələbə qazanandan sonra artıq bizim üçün status mövzusu önəmli deyil və artıq Dağlıq Qarabağa yüksək muxtariyyət də verə bilmərik. Uzaqbaşı gələcəkdə əgər bizim şərtlər qəbul olunsa, separatçılar tərk-silah olunsa və orada yaşayan ermənilər Azərbaycanın qanunlarını, pasportunu qəbul edərlərsə, Dağlıq Qarabağa mədəni muxtariyyətdən bəlkə danışmaq olar. Lakin bu da gələcəyin mövzusudur. İndi bizə heç kim təzyiq edib bu məsələni zorla qəbul elətdirə bilməz. Bu baxımdan bizim qarşımızda başqa vəzifələr dayanır. Biz Dağlıq Qarabağda silahlı erməniləri ram etməliyik. Müəyyən ərazilər qalır ki, hələ də onlar bizə tabe olmurlar. Doğrudur, Rusiyadan da status məsələsini səsləndiriblər. İllərlə Azərbaycanın rayonlarının azad olunmasının vacibliyi məsələsini gündəmə gətirməyən ölkələr bizi məcbur etmək istəyirlər ki, status müəyyənləşsin. Biz buna gedə bilmərik. Təzyiqlər qarşısında biz gərək baş əyməyək. Türkiyə ilə birgə hərəkət etməliyik. Ola bilsin bizi təkləməyə çalışacaqlar. Bu baxımdan biz məsələləri Türkiyə ilə davamlı müzakirə etməliyik, addımlar atmalıyıq”.

Politoloq hesab edir ki, Co Bayden administrasiyası Qarabağ məsələsi ilə bağlı fəallaşmağa  və təşəbbüsü ələ almağa çalışsa, şübhəsiz bu, Rusiyanın ürəyincə olmayacaq. Rusiya Qarabağa sülhməramlılarını yerləşdirib və belə görünür ki, bölgədə şəriksiz olmaq istəyir. Xüsusilə Amerikanın kənarda qalmasında maraqlıdır. Amma bir məsələ də istisna edilmir ki, status məsələsinin gündəmə gəlməsində Rusiya ilə ABŞ-ın istək və mövqeləri üst-üstə düşə bilər. Hər ikisi Azərbaycanı status məsələsində razılaşdırmağa çalışa bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159460

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031