Üçtərəfli 10 noyabr bəyanatından iki ay ötdü – ekspert təhlili

12.01.2021 - 10:57

Müharibəyə son qoyan bəyanatın icra edilən və edilməyən bəndləri var

44 günlük ikinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, həmçinin Ermənistan baş nazirinin imzaladığı bəyanatla başa çatdı. 9 bənddən ibarət bəyanatın icrası davam etdirilir.

Bəyanatın 1-ci bəndində göstərilən məsələlər artıq təmin edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilib. Hərdənbir Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Azərbaycan ordusu isə layiqli cavab verir. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları olmayıb və bütövlükdə, atəşkəs təmin edilir.

2-ci bənddə göstərilir ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır. Bu bənd vaxtında təmin edilib.

3-cü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Bu da təmin edilib.

Dördüncü bənddə göstərilir ki, bu bəyanatın müddəti 5 ildir. Əgər müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu bəyanat və bu razılaşma uzadılır.

Bəyanatda qeyd olunur ki, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Hazırda bu mərkəzin yaradılması məsələsi də öz həllini tapıb. Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərir.

Bəyanatın altıncı bəndində göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır.

Rusiya tərəfi Azərbaycana müraciət edərək bir qədər vaxt istəmişdi və Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25 noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib. Laçın rayonu da Azərbaycana qaytarılıb.

ŞUŞA ŞƏHƏRİ İŞĞALDAN AZAD EDİLDİ - » Globall.az ictimai-siyasi onlayn qəzet

Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Prezident İlham Əliyev bu bəndi şərh edərək bildirmişdi ki, bunun ilkin variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti altında qalırdı. Lakin Azərbaycan Prezidentinin təkidi ilə bu, bəyanatdan çıxarılıb. Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq. Bu, xüsusi diqqətəlayiq məsələdir. Azərbaycan Prezidenti bunu bu bəyanata saldırmasaydı, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi.

Üçtərəfli bəyanatın Naxçıvana Mehridən yolun açılması, kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutan bəndinin icrası istiqamətində də işlərin getdiyi bildirilir.

Beləliklə, üçtərəfli bəyanatın imzalanmasından keçən iki ayda sənədin əksər bəndlərinin icra edildiyi göz önündədir.

Prezident Ağdam, Kəlbəcər və Laçın bölgələrinin geri qaytarılacağını ELAN  ETDİ - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Ekspertlər hesab edir ki, 10 noyabr bəyanatının Azərbaycan üçün ən vacib məqamı Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüş olmadan Azərbaycana qaytarılmasıdır. Maraqlarımızı təmin edən daha bir mühüm bənd Naxçıvana Ermənistan ərazisindən yolun açılmasının nəzərdə tutulmasıdır. Bu bəyanat imzalanmasaydı, müharibə davam edəcəkdi və adıçəkilən üç böyük rayonun azad olunması üçün çoxsaylı hərbçilərimizin itkisi qaçılmaz ola bilərdi.

Politoloq Elxan Şahinoğlu qeyd etdi ki, Azərbaycanın Şuşanı azad etdikdən sonra iki seçimi var idi. Birinci seçim: Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra Xankəndinə daxil olur və erməni separatçıların yerdə qalanı mühasirəyə alınmaqla məsələ birdəfəlik həll edilir.

Şuşanın alınması ilə düşmənin beli qırıldı, sonrakı döyüşlər asanlaşacaq” -  General - Modern.Az Azərbaycan və dünya xəbərləri

İkinci seçim: Azərbaycan Ordusu Şuşanı azad etdikdən sonra  Rusiyanın istəyini yerinə yetirir. Azərbaycan bir qisim şərtlərin yerinə yetirilməsi qarşılığında Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verilir: “Azərbaycan cəmiyyəti birinci seçimə üstünlük verirdi. Məqsədimiz Dağlıq Qarabağda müxtəlif fasilələrlə 100 ildən çoxdur davam edən separatizmin kökünü birdəfəlik kəsmək idi. Bu zaman Azərbaycan qanunlarını qəbul etməyən mülki ermənilər üçün dəhliz saxlamalıydıq ki, onlar Dağlıq Qarabağı tərk etsinlər. Çünki indiki şərtlər altında hansısa erməninin Azərbaycan qanunlarını və pasportunu qəbul edəcəyi mümkün görünmür. Dağlıq Qarabağdakı mülki ermənilər silahlı separatçıların nəzarəti altındadırlar, onlar müstəqil qərar verməyə qorxurlar. Belə olan halda ermənilər bölgəni tamamən tərk edəcəkdilər. Yəni birinci seçimə görə Azərbaycan Ordusu itkilər verərək Xankəndinə daxil olur, Kəlbəcər, Laçın və Ağdamdakı yerdə qalan separatçıları məhv edir və bununla tarixi problemi həll etmiş oluruq.

Elxan Şahinoğlu “Real” TV-də veriliş açıb: “Bu sahədə boşluq var idi”

Elxan Şahinoğlu 

Rusiya buna seyrçi qalacaqdımı? Ermənilərin Dağlıq Qarabağda yerləşdirilməsi və separatçılığa başlayaraq əbədi olaraq azərbaycanlılara problem yaradılması Çar Rusiyanın və onun varislərinin layihəsidir. Rusiya bu layihəsindən imtina edərdimi?

Şuşanın azad olunmasından sonra Rusiya rəsmi Bakıya “qırmızı çizgiləri” göstərdi və gün ərzində təzyiq artdı. Ancaq rəsmi Bakı bu təzyiqə rəğmən, Xankəndini ələ keçirməliydimi və bunu etsəydi hansı problemlərlə üzləşəcəkdi? Dağlıq Qarabağda erməni qalmasaydı, Rusiya və Qərb ölkələri bizi etnik təmizləmədə ittiham edəcəkdilər. Hətta bu ittihamları göz önünə alaraq Türkiyə ilə məsləhətli şəkildə sona qədər getməliydikmi?

Bu sualları sonsuza qədər uzatmaq olar. Ona görə də mümkün təhlükələr və risklər göz önünə alınaraq ikinci seçimə üstünlük verildi və Rusiya hərbçilərinin bölgədə yerləşdirilməsi barədə Türkiyə də məlumatlı olub. Digər tərəfdən, biz hətta istədiklərimizin tamamını əldə etsəydik müharibədə qaliblə məğlub arasında ilkin razılıq əldə etmək üçün vasitəçi dövlətə ehtiyac yaranacaqdı. Çünki Naxçıvanla dəhliz və sərhədlərin müəyyənləşməsi üçün təminatçı dövlət mütləq olmalıydı. Rusiya bir başqasının təkbaşına vasitəçi olmasına imkan verməyəcəkdi. Rəsmi Bakı Laçının, Kəlbəcərin, Ağdamın azad olunması, Ermənistanla sərhədin müəyyənləşməsi və Naxçıvana dəhlizin açılması şərtilə Rusiya hərbçilərinin bölgədə yerləşməsinə razılıq verdi. Ancaq bu qərarın qəbulu zamanı da bilinirdi ki, işimiz tam bitmədi və gələcəkdə bizi başqa problemlərin həlli gözləyəcək.

Yeni mərhələdə bu problemlərin həllini Türkiyə ilə birgə sürətləndirməliyik. Erməni separatçıları tam tərk-silah olunmalı, azərbaycanlılar Şuşanın bütün kəndlərinə, Xocalıya və Xankəndinə qayıtmalı, bölgədə Azərbaycan qanunları işləməlidir. Aydındır ki, bu, bir gün və bir ay içində baş verməyəcək. Separatizmlə mübarizəni çoxşaxəli şəkildə davam etdirməliyik. Azərbaycanın başqa alternativi yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=159674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2021
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031