“Putin iqtidarda olduğu müddətdə Navalnı uğur əldə edə bilməyəcək” – partiya sədri

26.01.2021 - 10:06

Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq başlanan aksiyalar qısa müddətdə bütün ölkəni bürüdü. Siyasi analitiklər hesab edir ki, baş verən hadisələrin ölkənin ucqarlarına yayılması aksiyaların təkcə Navalnının həbsi ilə bağlı olmadığını söyləməyə əsas verir. Rus xalqını hərəkətə gətirən başqa nüanslar da var. Rusiyada baş verən etiraz aksiyaları Aleksey Navalnın həbsinə qarşı yönəlsə də, birbaşa Putin hakimiyyətini hədəf alıb və əslində Rusiyada heç də demokratik dəyişikliyə hesablanmayıb. Qərb Navalnı olayından istifadə edib Rusiyaya sanksiyalar tətbiq edəcək.

Qərb çalışır ki, Putin beynəlxalq oyunçu deyil, daxili problemlərə başı qarışan bir dövlət başçısı olsun. Bu istiqamətdə plan hazırlanır. Məhz Navalnıya da buna görə dəstək verilir. Bu gün sanskiyalardan dolayı ölkədə sosial iqtisadi vəziyyət çətinləşir. Hələ ölkə əhalisi geniş narazı kütləyə çevrilməyib. Yuxarı eşelondakı generalların da Putinə təsir etmək üçün aksiyalara dəstək verdiyi deyilir. Səbəb isə Putinin generalları saymaması, onlarla hesablaşmaması göstərilir.

Rusiyada cərəyan edən hadisələr, etiraz aksiyaları Azərbaycanda da diqqətlə izlənilir. Hakimiyyətin proseslərdə Vladimir Putinin tərəfdarı olduğu açıq-aydın görünür. Müxalifət düşərgəsində isə vəziyyət fərqlidir. Belə ki, müxalifətin bir qanadı Rusiyada etiraz aksiyalarını dəstəklədiyini nümayiş etdirir.

Bəs ümumilikdə Azərbycan müxalifəti bu aksiyalardan ümidlənirmi, ruhlanırmı? Aleksey Navalnı ilə bizim müxalifətdən, kiminsə birbaşa, şəxsi münasibəti var?

Partiyaların yalnız adları qalıb... - Tural Abbaslı

Tural Abbaslı: “Bizim Rusiyada müxalifətin etdiyindən ruhlanmaq və ümidlənmək kimi fikrimiz yoxdur”

AĞ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, Rusiyada baş verən hadisələr bu və ya digər formada Azərbaycana təsir edir. Çünki Rusiya regiona təsiri olan ölkələrdən biridir. Ona görə də Rusiyada baş verən hadisələrin Azərbaycana təsirsiz ötüşdüyünü demək yanlış olardı: “Digər müxalifət partiyalarını deyə bilmərəm, AĞ Partiya olaraq bizim Rusiyada müxalifətin etdiyi, yaxud da Aleksey Navalnının atdığı addımlardan ruhlanmaq və ümidlənmək kimi fikrimiz yoxdur. Çünki biz uzun illər ərzində görmüşük ki, digər ölkələrdə baş verən inqilabların Azərbaycana heç bir təsiri olmadı. Bu, artıq keçilmiş yoldur. Yəni biz kənardan kimlərdənsə ruhlanmalı deyilik. Biz öz özümüzün mübarizə metodumuzu, yolumuzu tapmalı və onunla hərəkət etməliyik. Haralardasa olan inqilabları Azərbaycanda kopyalamağa çalışmaq düzgün deyil, heç effektiv də olmaz. Aleksey Navalnı ilə heç bir əlaqəmiz yoxdur. Navalnı mən hesab edirəm ki, Avropanın, Qərbin bir projesidir. Amma Putin iqtidarda olduğu müddətdə Navalnının uğur əldə edəcəyinə inanmıram. Bir zamanlar Azərbaycan müxalifətinin Ukrayna müxalifətinin lideri Viktor Yuşşenko ilə rəsmi əlaqələri var idi. Yuşşenko iqtidara gəldikdən sonra o əlaqələr olduğu kimi qalmadı, itirildi. Ona görə də indi əgər Azərbaycanda kimlərinsə Aleksey Navalnı ilə tanışlığı, əlaqəsi varsa belə, inanmıram ki, Navalnı hətta hakimiyyətə gəlsə belə, o əlaqələr davam eləsin. Çünki Rusiyanın maraqları şəxsi münasibətlərdən öndə tutulacaq. Odur ki, biz tanışlığa, əlaqələr qurmağa heç can atmırıq”.

FUAD ƏLİYEV: Dilənçi maaşı alanlar, dilənçi təqaüdünə də məhkumdurlar -  Video

Fuad Əliyev: “Düşünmürəm ki, Rusiyadakı proseslər dövlət və yaxud hakimiyyət dəyişməsi ilə nəticələnəcək”

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirdi ki, Rusiyada vəziyyət hələ qeyri-müəyyən istiqamətdə inkişaf edir. Məlum məsələdir ki, Navalnının arxasında Qərb qüvvələri durur. Necə ki, bundan qabaq Belarusda vətəndaş qarşıdurmasına çalışırdılar: “Rusiyada etiraz aksiyalarında əsasən gənclər iştirak edirlər. Hələ Dmitri Medvedyevin prezidentliyi dövründə 100-200 minlik mitinqlər keçirilirdi. Mən o mitinqləri müşahidə etmişdim. Sonra məlum oldu ki, O mitinqlər Medvedyev-Putin cütlüyünün oyunudur. Yəni ki, Rusiya müxalifəti o dərəcədə güclü deyildi ki, narazı insanları meydanlara çıxartsın. Navalnı isə müxalifət liderlərindən dəfələrlə zəifdir, siyasi partiyası belə yoxdur. Və düşünmürəm ki, bu proseslər dövlət və yaxud hakimiyyət dəyişməsi ilə nəticələnsin. Fikirləşirəm ki, Putin müəyyən islahatlara gedəcək, amma bu çox cüzi olacaq. Rusiyada islahatlar istəyən milyonlarla vətəndaş var, amma onları birləşdirən şəxsiyyət yoxdur. Navalnı demokratdan çox şovinistdir.

O ki qaldı müxalifət olaraq bizlərin Rusiyada baş verənlərdən ruhlanmağımız məsələsinə, başqa ölkələrdə baş verənlərin bizə aidiyyəti yoxdur və şəxsən biz bundan ruhlanmırıq. Bundan qabaq bir çox ölkələrdə “məxməri inqilab”, “ərəb baharı” gördük. Onların nə bizə, nə də heç öz ölkələrinə bir faydası dəydi. Hesab edirəm ki, Azərbaycan müxalifəti öz xalqının problemlərini işıqlandırmalıdır, xalqa dəstək verməlidir, xalqın dəstəyini qazanmalıdır. Aleksey Navalnı ilə isə şəxsi əlaqələrimiz və ya tanışlığımız yoxdur”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=160302

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2021
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031