Azərbaycan hər iki qütb arasındakı körpüdür – Deputat

04.06.2021 - 15:37

 

Azərbaycan hər iki qütb arasındakı körpüdür - Deputat

 

“Bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Bu 30 il bir ölkə tarixi üçün çox böyük rəqəm olmasa da, bu müddətdə Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi, ölkəni çox düzgün, düşünülmüş bünövrə üzərində qurması və həmin möhkəm təməl, bünövrə üzərindən dövlətimizin cənab Prezident İlham Əliyev tərəfindən çox uğurla, hərtərəfli inkişaf etdirilməsi nəticəsində Azərbaycan qısa zaman ərzində əsrlərə bərabər yol keçib. Biz torpaqlarımızı işğaldan azad etdik. Artıq Azərbaycan regionda yeni konfiqurasiya yaradıb”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, bu reallıqlar, irəliləyişlər dünyada ölkəmizin nüfuzunun artmasına səbəb olub: “Bu kontekstdən baxanda, dünyada Azərbaycanın dostlarının da sayı artıb. Eyni zamanda, Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda dünyanın aparıcı təşkilatları və nüfuzlu dövlətləri ölkəmizlə əməkdaşlığa can atırlar. Bizimlə münasibətlərini dərinləşdirmək istəyirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışıqlarında ifadə olunan fikirlər bu kontekstdən dəyərləndirilə bilər”.

Deputat söyləyib ki, telefon danışıqlarını ümumiləşdirsək, eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təması ölkəmizin regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən dəyərdən irəli gəlir:

“Bu, ölkəmizin beynəlxalq aləmdəki çəkisinə, dəyərinə verilən qiymətin təzahürüdür. Azərbaycan-Çin əlaqələrinin üzərində xüsusi dayanmaq lazımdır. Bildiyimiz kimi, Çin post-koronavirus dönəmində, eləcə də yeni dünya düzənində aparıcı qüvvələrdən biridir. Artıq Çin qlobal güc mərkəzlərindən birinə çevrilməkdədir. Eyni zamanda, Azərbaycan-Çin münasibətləri tarixin yeni astanasındadır. Bunu Çinin rəhbəri söyləyir. Hər iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsinə ehtiyac var. Çin “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasında vacib tərəfdaşımızdır”.

Vüqar İskəndərovun sözlərinə görə, Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəkləməsi ilə bağlı fikir çox əhəmiyyətlidir:

“Bu fikirlərdə Azərbaycanın dünyadakı çəkisinə verilən qiyməti aydın görmək mümkündür. Bütün bunlar Azərbaycanın güclü dövlətə və etibarlı tərəfdaşa çevrildiyinin göstəricisidir. Azərbaycan hər iki qütb üçün əlverişli nöqtədə yerləşir. Azərbaycan həm Avropa, həm də Asiya arasında körpü rolunu oynayır. Azərbaycan həm Mərkəzi Asiya ölkələri ilə, həm də Avropa ilə əməkdaşlıq körpüsü rolunda çıxış edir. Yəni, Azərbaycan 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib. Biz öz gücümüzü illər keçdikcə artıracağıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=164254

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyun 2021
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930