Təxribat olmasa, Paşinyan BUNU EDƏCƏK – Politoloq DETALLARI AÇDI

06.10.2021 - 12:42

 

Təxribat olmasa, Paşinyan BUNU EDƏCƏK - Politoloq DETALLARI AÇDI

 

Dünən Ermənistan baş naziri Nikol Paşinyan Litvaya səfər edib və bu səfər çərçivəsində Litvada yaşayan erməni icmasının üzvləri ilə görüş keçirib. Həmin görüş zamanı Paşinyan Ermənistan və Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ mövzusuna toxunub və bəzi maraqlı, həm də etirafedici açıqlamalar verib. O bildirib ki, “Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Müharibəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalı idik. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”. Nikolun verdiyi bu açıqlama onu göstərir ki, ermənilərin özləri də yaxşı başa düşürdülər ki, danışıqların sonu olaraq iki variant mümkündür: Sülh, yaxud müharibə.

Bu sözləri politoloq Samir Hümbətov qeyd edib.

O bildirib ki, Ermənistan baş nazirinin danışığından o da aydın olur ki, o, hakimiyyətə gələn zaman anlamışdı ki, artıq danışıqlar dalana dirənir və addımlar atmaq lazımdır: “Təbii ki, həmin dövrdə və həmin vəziyyətdə müharibənin dadını tam şəkildə hiss etməyən və kənar qüvvələrə güvənən erməni cəmiyyətinə Paşinyanın nəyisə izah etməsi və həmçinin sülh müqaviləsinə qol çəkib sonra cəmiyyətə bunu izah etməsi çətin məsələ olardı. Ona görə də Paşinyan müharibəni başlatmaqla erməni cəmiyyətinə 3 mesaj vermiş oldu:

1. Azərbaycanın torpaqlarını mütləq sülh yolu ilə qaytarmalıyıq, yoxsa bizə rahatlıq yoxdur.

2. Məndən əvvəlki iqtidar sizi xam xəyallarla aldadıb və müharibəyə aparan prosesləri sürətləndirib.

3. Müharibədən əvvəl hər kəs ermənilərə dəstək olacağını söz versə də, müharibə zamanı seyrçi mövqe tutmağa üstünlük verir.

Ermənistan baş naziri həmçinin Şuşa məsələsinə toxunub və bildirib ki, “Bu gün əleyhdarlar Şuşa haqqında danışırlar. Bəs 30 il ərzində Şuşada neçə yaşayış binası tikilib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Paşinyanın Şuşa məsələsinə toxunmaqla belə açıqlama verməsi onu göstərir ki, Azərbaycan tərəfi danışıqlar zamanı Şuşanı da danışıqların əsas müzakirə mövzusu kimi gündəmdə saxlayıb və ona görə də hətta Nikoldan əvvəlki qüvvələr də Şuşa ilə bağlı qəti mövqedə ola bilməyiblər, Şuşanın əllərində qalması ilə bağlı ümidli olmadıqlarını anladıqları üçün orada tikinti işləri aparmayıblar.

Paşinyan bu görüşdə referendum məsələsinə də toxunaraq bildirib ki, əvvəlki hakimiyyəti dövründə referendum məsələsi də müzakirə edilib və erməni tərəfi Qarabağ azərbaycanlılarının da bu referendumda iştirak etməsinə razılıq verdiklərini bildirərək deyib ki, “Bəs azərbaycanlı sakinlər harada yerləşdirilməli idi?” – Əlbəttə, əvvəl yaşadıqları yerdə”.

Fikrimcə, Paşinyanın bu açıqlaması ümumilikdə vəziyyətin nədən ibarət olduğunu deməyə imkan yaradır. Əgər çox da uzun olmayan zaman kəsiyində Paşinyana qarşı hər hansı təxribat baş verməzsə, onun Azərbaycanla sülh danışıqları masasına oturması reallaşa bilər. Yaranmış mövcud durum həm erməni cəmiyyətini, həm Paşinyanı, həm də onlara dəstək olan qüvvələri buna vadar edir.

Hesab edirəm ki, Azərbaycan hər zaman bu danışıqlara hazırdır və ölkə başçısı cənab İlham Əliyev bununla bağlı dəfələrlə Ermənistana və ona dəstək verən qüvvələrə çağırışlar edib. Ermənistan isə bu danışıqlara başlamaq üçün 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannaməsinin şərtlərini yerinə yetirməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167372

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2022
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930