Ulu öndər ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi – Rəy

19.10.2021 - 12:23

 

Ulu öndər ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi - Rəy

 

“Sovet imperiyası dağılma ərəfəsində olarkən ölkəmizdə hakimiyyətdə olanlar bu imperiyanın dağılmasını istəmirdilər. Çalışırdılar ki, Azərbaycanı onun tərkibində tanısınlar. Eyni zamanda Ulu öndərin yenidən Azərbaycana qayıdışının qarşısını almağa çalışırdılar. Ümummilli liderimiz hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olarkən muxtar respublikanın qarşısından “sovet sosialist” sözləri götürüldü. 17 noyabr 1990-cı ildə Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Ulu öndər Heydər Əliyevin tapşırığı əsasında Naxçıvanda qaldırılmışdı”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, 18 oktyabr 1991-ci ildə müstəqillik aktı qəbul olunarkən Ulu öndərin qarşısını kəsmək istəyənlər çox idi:

“Müstəqilliyimizi qazandığımız ilk dövrlərdə ölkədə siyasi çəkişmələr gedirdi. AXC-Müsavat cütlüyünün bəzi üzvlərinin xəyanəti müşahidə olunurdu. Onların ən böyük məqsədləri ölkəmizin müstəqilliyinin qorunması, torpaqlarımızın işğal altına düşməsinin, buradakı vətəndaş qarşıdurmasının qarşısını almaq deyildi. Xaosun, anarxiyanın qarşısını almaq haqqında da düşünmürdülər. Onların ən böyük vəzifə və məqsədləri Heydər Əliyevin hakimiyyətə gəlməsinin qarşısını almaq idi. Çünki onlar yaxşı başa düşürdülər ki, Ulu öndərin çox böyük siyasi təcrübəsi var. Dövlət müstəqilliyinin qorunmasında, xaos və anarxiyanın qarşısının alınmasında Heydər Əliyev amili qaçılmaz idi”.

Cavid Osmanovun fikrincə, Azərbaycan xalqı bütün bu ağır durumlardan yeganə çıxış yolunu Ümummilli liderin hakimiyyətə gəlməsində görürdü:

“Onların təkidi, xahişi ilə nəhayət 1993-cü ilin 15 iyununda Ulu öndərimiz hakimiyyətə gəldi. Əlbəttə, o zamankı dövrdə – 1991-1993-cü illərdə hakimiyyətdə olanlar qarşılarına məqsəd qoymuşdular ki, Heydər Əliyev amilini ortadan qaldırsınlar. Digər tərəfdən, onlara verilən tapşırıq ondan ibarət idi ki, ölkəni parçalasınlar, xaos və böhranı dərinləşdirsinlər. Bir tərəfdən Ermənistan silahlı qüvvələri torpaqlarımızı işğal etsin, digər tərəfdən daxildə ölkəni parçalasınlar. Xalqımızın böyüklüyü, müdrikliyi elə o zaman da öz sözünü dedi. Ulu öndər hakimiyyətə gəldikdən sonra dövlətçilik ənənələrini qorudu. Ermənistanın işğalçılıq siyasətinin qarşısını aldı. İqtisadiyyatımızın təməlini qoydu. Vətəndaş qarşıdurmasının önünə sədd çəkildi. Beləliklə, Ulu öndər müdrik və uzaqgörən siyasəti sayəsində ölkəmizi parçalanmaq təhlükəsindən xilas etdi”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=167708

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031