Şarl Mişel Bakı və İrəvanla danışıqlar APARIR
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Laçındakı son hadisə ilə əlaqədar Ermənistan və Azərbaycan liderləri ilə sıx təmasdadır.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Euronews” Avropa rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Mişel artıq Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb və yaxın vaxtlarda Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsi saxlayacaq.
“Mişelin komandası və Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaar dialoq yolu ilə dərhal gərginliyin azaldılması və gündəmdə olan bütün məsələlər üzrə irəliləyiş əldə etmək üçün son günlər hər iki tərəflə sıx təmasda olub”, – deyə rəsmi əlavə edib.
Short URL: https://www.cumhuriyyet.net/?p=180138