Çindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

08.08.2022 - 16:11

Çin Azərbaycan və Ermənistan arasında münaqişənin siyasi dialoq yolu ilə həll etməsini istəyir.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin bildirib.

Onun sözlərinə görə, rəsmi Pekin ümid edir ki, tərəflər atəşin dayandırılması barədə əldə olunmuş razılaşmaya riayət edəcək.

“Azərbaycan və Ermənistan Çin üçün dost ölkələr hesab olunur”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, son günlər erməni separatçılarının Azərbaycan ordusunun mövqelərini intensiv şəkildə atəşə tutması, təxribat-terror fəaliyyətinin həyata keçirilməsi Qarabağda vəziyyətin gərginləşməsinə səbəb olub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500&ssl=1 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500&ssl=1

Short URL: https://www.cumhuriyyet.net/?p=180333

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930